Yeni-  Frigidlik
34, Baku, Azerbaidzhan


Gəlin ciddi və xoşbəxtlikdən xeyli nadir hadisə — cinsi soyuqluq (frigidlik) haqqında danışaq.
Mütəxəssislər cinsi soyuqluğun iki əsas səbəbini göstərirlər. Birinci səbəb ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür.Bu davranışın modeli qızın yaddaşına çökür. Bir müddətdən sonra o, ərə getdikdən sonra özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu da ər tərəfindən narazılığın getdikcə artmasına səbəb olur. Buna misal.
«Mənim arvadım misilsiz ev sahibəsidir, evimizdə rahatlıq və firavanlıq hökm sürür. Bir-birimizi və uşaqlarımızı sevirik. İlk baxışda xoşbəxt ailəyik, lakin intim həyatin olmadığı ailədə hansı xoşbəxtlikdən söhbət gedə bildi: Ata evində aldığı sərt tərbiyə arvadıma sekslə həvəs və şövqlə məşğul olmağa imkan vermir. Ondan heç vaxt nəvaziş və mehribanlıq (qadın mehribanlığı) görmürəm, xoş söz eşitmirəm. Pozalardan isə yalnız birini (arxası üstdə uzandığı vəziyyəti) qəbul edir və yataqda öz „vəzifəsini“ elə ciddiliklə icra edir ki, adam hər cür həvəsdən düşür. 15 ildir bir yerdə yaşayırıq, lakin bu illər ərzində onun bircə dəfə də olsun şövqə gəldiyini görməmişəm, baxmayaraq ki, mən həmişə hər cür vasitə ilə onu „uyutmağa“, ehtirasa gətirməyə çalışmışam. Yataqda onunla özümü çox yöndəmsiz hiss edirəm, elə bil qanunsuz və rüsvayçı bir iş görürəm. Əvvəllər mən heç vaxt arvadıma xəyanət etməmişim. Ancaq indi edəcəyəm, daha yetər.»

Cinsi soyuqluğun ikinci əsas səbəbi orqazm ilə bağlıdır. Məlumdur ki, qadında orqazm qabiliyyəti bir qayda olaraq birgə yaşayış prosesində tədricən yaranır. Bu qabiliyyəti qadında tələsmədən, böyük səbr və həssaslıqla tərbiyə və inkişaf etdirmək lazımdır. Əgər siz yalnız özünüzü düşünərək tələssəniz, təzyiq göstərsəniz, Özünüz orqazm keçirməklə vəzifənizi bitmiş zənn etsəniz, qadında bu qabiliyyəti yerli-dibli öldürə, onda frigidliyin yaranmasına səbəb ola bilərsiniz.

Son illərin təcrübəsi göstərir ki, ginekoloji medativ automassajın xüsusi növü qadının ehtirasını və şövqünü xeyli artırmağa imkan verir. О həm də qadın cinsiyyət sisteminin bütün xəstəliklərınin müalicəsində kəsərli vasitə sayıla bilər (miomalar, kistalar sorulur, menstrual sikl normallaşır və s.).
Automassaj zamanı yalnız uşaqlığa deyil, bütün orqanizmə, xüsusilə kiçik çanaq orqanlarına — sidik kisəsinə, yoğun bağırsaq və ələlxüsus düz bağırsağa və damarlara təsir edilir.
Adi metodlarla (masaj, qızdırıcı fızioprosedurlar) müalicə olunan qadınlar bu metodları müqayisə edərkən, göstərirlər ki, automasaj zamanı istilik duyumu uzun müddət (40-60 dəqiqəyə qarşı 5-6, hətta 7-8 saat) qalmaqda davam edir. Qarnın bütün alt nahiyəsinin, eləcə də bel nahiyyəsini qızdıran bu xoş duyğu həm də qadında cinsi əlaqədə olmaq istəyi oyadır.
Meditativ ginekoloji masaj uşaqlıq nahiyəsində istinin arabir də sancma və soyuğun yaranmasına əsaslanır. Bu zaman bütün kənar fikirlər beyindən çıxarılmalı, yalnız bir fikir sənə hakim kəsilməlidir, «Mən gözələm, cavanam, cazibədar və təkrarsızam… mən özümə, öz qadınlıq cazibəmə inanıram, məni xoş bir məşq gözləyir və mən əminəm ki, ondan sonra özümü daha cazibədar duyacaq, sevdiyim insanı daha çox məftun edəcəyəm». Bu zaman özünüz üçün erotik ovqat yaratmağa, sizi şövqə gətirə biləcək hər bir şeyi yada salmağa, cürbəcür erotik səhnələri xəyalınızda canlandırmağa çalışın.
Bir sözlə siz özünüz üçün elə bir seksual əhval yaratmalısınız ki, bunun sayəsində uşaqlığın yığılıb açılması prosesi başlaya bilsin. Uşaqlıq həmişə öz-özünə yığılır. Qadın orqazm halını keçirəndə, onun uşaqlığı 8-12 dəfə yığılıb açılır. Ginekoloji medidativ masaj zamanı da uşaqlıq yığılır, lakin bu, yüz dəfələrlə baş verir.
Beləliklə rahat pozada uzanıb sidik kisəsi nahiyəsində (uşaqlıq sidik kisəsinin arxasında yerləşir), habelə, bel nahiyəsində (orada, uşaqlığın və kiçik çanağın digər orqanlarının vəziyyətinə görə «cavabdehlik daşıyan»külli miqdarda sinir mərkəzləri yerləşir) xoş bir istiliyin olduğunu təsəvvür etməyə çalışaq. Bu, təxminən 30 saniyə çəkir,bundan sonra həmin istini daha kəskin duymağa çalışır və bu duyğunu 30-60 saniyə özümüzdə saxlamağa cəhd edirik, uşaqlıqdakı istini xəyalən bir az da artırır və ona «arabir sancma» əlavə edirik (sanki uşaqlıq nahiyyəsinə yüngülcə iynə batırırlar), istilik və «iynə sancmasını» daha kəskin və aydın, daha xoş duyğu kimi hiss etməyə çalışırıq,buna müvafiq emosiyalar-erotik xatirə və fantaziyalar əlavə edir və bu hissi daha 30-60 saniyə özümüzdə saxlamağa çalışırıq… Sonra elə bir məqam gəlib çatır ki, siz sidik kisəsi nahiyəsindəxoş bir keyimə, elə bil güclə duyulan titrəmə hiss edə bilirsiz. Bax. bu məqamdan uşaqlığın yığılması Prosesi başlaya bilər. Həmin anda siz özünüzə bir qədər kömək etməlisiz: qarın presinin və ya aralıq əzələlərinin bir neçə dəfə yığılıb açılması (ən çoxu 8 dəfə) sayəsində bir növ uşaqlığın «işə düşməsinə» təkan verməlisiz.
Bu təmrini birinci iki həftə ərzində gündə yalnız bir dəfə, yüngül və xoş yorğunluq duyana qədər yetirməlisiniz (500-600 yığılma). Sonrakı dövrdə, sağalana qədər bu təmrin həftədə ən çox 3-5 dəfə, bundan sonra isə yalnız ehtiyac olanda icra edilməlidir. Bütün ballarda uşaqlığın öz-özünə yığılması 500-600 həddini aşmamalıdır.
Qadının daha bir cinsi problemi frigidliyin, yeri cinsi soyuqluğun tam əksi olan superseksuallıqla bağlıdır. Xalq arasında buna «uşaqlığın quduzluğu» («beşenstvo matki») deyirlər. Bu cür halı (daha doğrusu, xəstəliyi) yaşayan qadını aramsız olaraq seksual istək təqib edir və o bu istəyi heç cür ödəyə, təmin edə bilmir. 45 yaşlı qadının etirafı:
«Mən nə edirəmsə edim, nəylə məşğul oluramsa olum, məni daim təqib edən seksual istəkdən yaxa qurtara bilmirəm. Xüsusilə sürtünmə səslərinə reaksiya verirəm. Küçə ilə gedirəm, birdən külək əsir ağac yarpaqla xışıldayır, budaqlar bir-birinə sürtünür və dərhal qarnımın aşağısında oyanma başlayır. Kimsə adi kağızı əzib xışıldadanda isə bütün bətnim od tutub yanır».
Lakin bilmək lazımdır ki, «uşaqlığın quduzluğu» dedikdə bir çox hallar (adi pozğunluqdan tutmuş ciddi ruhi xəstəliyə qədər) nəzərdə tutulur.
Bizim qeyd etdiyimiz hadisədə söhbət nimfomaniyadan başqa sözlə desək, hiperseksuallıq sindromundan gedin Bu halın üç əsas səbəbi var: ruhi xəstəlik, yumurtalılarda şişin olması və baş beyində şişin olması. Buna görə qarşısıalınmaz seksual istək peyda olub davam etdikdə, mütləq müvafiq tibbi müayinədən keçmək lazımdır. Siz bu hala çox ciddi yanaşmalı və məsələni uzatmamalısız! Müalicə isə qoyulan diaqnozdan asılıdır.
Qeyd.Mioma — Əzələ toxumasında xoşxassəli şış. Çox vaxt hamar əzələləri olan qanlarda, əsasən qadın uşaqlığında əməla gəlir.


Mənbə Gennadiy Malaxov Qadın sirləri Kişi problemləri kitabından
frigidlik, cinsi soyuqluq, impotensiya, nimfomaniya
 

51 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes