Blogs


pallet84
39, Baku, Azerbaidzhan

Men uzaq sefere yol alan gemi,
Seni terk edirem bir liman kimi
,Qorxma ayriliqdan burax elimi,
Sevgi ayriliqdan gucludur vallah.

Dunyada ne qeder sevgi var bil ki,
Sen menim dilimin ezeli ilki,
Qorxma ayriliqdan olum deyil ki,
Sevgi ayriliqdan gucludur vallah.
Sen hele bilmirsen ayriliq nedir,
Her sefer konlunu sixir inledir,
Ayrilan cismidir,ruhum senindir,
Sevgi ayriliqdan gucludur vallah.

Sensiz heyat deyil,omur gun mene,
Tek sensen urekden yanan,sen mene,
Qorxma ayriliqdan inan sen mene,
Sevgi ayriliqdan gucludur vallah.
Qorxu intizar var aglar gozunde,
Nece yalvarish var birce sozunde,
Bir gun bileceksen ele ozun de,
Sevgi ayriliqdan gucludur vallah.

Ne ferqi yaxinam,ya da uzagam,
Hele ki,seninem ne qeder sagam,
Olsem o,dunyada qayidacagam,
Sevgi ayriliqdan gucludur vallah.


Goz yashi ebesdi cixib gedecem,
Konlumu odlara yaxib gedecem.
Men sene,hamiya subut…


pallet84
39, Baku, Azerbaidzhan

Bir il bundan əvvəl bu gün görüşdük

Biləydim bu saat nə düşünürsən.
Neyçün ay sevgilim biz ayrı düşdük
Biləydim bu saat nə düşünürsən.


Məndən ayrı vuran nəbzlərinlə
Uzaqdan - uzağa qəlbimi dinlə.
Bircə min dil bilən o gözlərinlə
Biləydim bu saat nə düşünürsən.


Aldın sevincimi unutdun nə qəm
O gün unudulmaz,o gün bir aləm.
İnanki, heç nəyi bilmək istəməm
Biləydim bu saat nə düşünürsən.



Taqət yoxa çıxıb, qalmayıb əsəb
Bir yandan yalvarış, bir yandan qəzəb
Sən ki, sevgilini atdın bisəbəb
Biləydim bu saat nə düşünürsən.


pallet84
39, Baku, Azerbaidzhan



Mən qəribə biriyəm bu qəribə həyatda,
Saxla sən bunu yadda!
Mən sizlərdən deyiləm, yiyənizsə də yiyəm,
Mən sizlərdən fərqliyəm...
Mən qəribə biriyəm bu qəribə həyatda,
Ola bilsin mən adda
çox olan bir adamlar,
bir ömrü yaşayanlar,
bu adı daşıyanlar,
Olmuş, olub, olacaq!
Lap tutaq ki, bu dünya eyni adla dolacaq...
Onlar mən deyiləm ki, mən qəribə biriyəm
bu qəribə həyatda.
Mən işıq sürətilə min illərlə ötüşən,
min ayətlə görüşən,
Üzünü görmək üçün,
Başına dönmək üçün,
uzun-uzun yol gələn,
Göyün sinəsin dələn -
yeddi qatın deşənəm.
... Zəmbil ilə düşənəm
bu dünyaya səninçün.
Ey yaranan mənimçün,
fəqət mənim olmayan,
Mən qəribə biriyəm...
Nə qədər ki, diriyəm
mən belə də olacam,
mən belə də qalacam,
mən belə də saralıb, mən belə də solacam.
Mən dəyişən deyiləm.
Mən əyişən deyiləm
xəyalından yad ilə,
Nolar məni…


pallet84
39, Baku, Azerbaidzhan



Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin…


pallet84
39, Baku, Azerbaidzhan

TƏKLİK

Xəyal gah dağdadır, gah da aranda,
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda bir saat tək oturanda,
Yüz ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə,
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq, insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar, nə yağış yağar...

Yol tapa bilərmi…


pallet84
39, Baku, Azerbaidzhan

İNSAN - GÖYDƏ AY KİMİDİR

Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.

Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.

Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.

Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.


pallet84
39, Baku, Azerbaidzhan

NECƏ UNUDUM SƏNİ...


Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.

Bir anlıq dincəlim, yuxlayım deyə
Bircə əlacım var -- unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.

Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam, -- gecə,
Gündüzlər unutsam, -- gündüz olursan.

Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.

Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam...


pallet84
39, Baku, Azerbaidzhan

 Sen deme tezeden sevmek olarmis Tale de tezeden gule bilermis. Kusub gozu yasli geden mehebbet Pesiman-pesiman done bilermis Urek bulud kimi bosalirsa da Demek bulud kimi, tezeden dolur Sonuncu splesi titreyen samdan Ayri bir sami da yandirmaq olur Sen deme tezeden sevmek olarmis Kohne yaralari vaxt, zaman silir Kesilen budaqla olen agaclar Teze pohrelerle dirile bilir Aglaya-aglaya dunyaya gelib, Biz ana suduyle gulmemisikmi?! Her axsam sapsari batan gunesi Her seher tezeter gormemisikmi?1 Sen deme tezeden sevmek olarmis Sevgi furset deyil qus kimi uca Ne de KoLGedir ki, qacasan qova Ya da sen qovasan, o senden qaca Cixarsan qelbinden oten sevginin,…


pallet84
39, Baku, Azerbaidzhan

 Zeng etmeyecem sene, Evvel telefon nomresini unudacagam, sonra seni. Barmaqlarimin yaddasindan sileceyem sachlarinin yumshaqligini. Gelmeyeceyem size teref; behane edeceyem yollarin uzaqligini.. Qovacagam yaddashimdan xirmandan serche qovan kimi saridimdik xatirelerini. Qerezli arzulartek ureyimde bosh qoyacagam yerini. Zeng etmeyecem sene. Eli qoynunda qalacaq lal telefonun, shushe gozlerinden kederli reqemler boylanacaq sene. Kederle baxacaqsan sukutun hedesine. Her gece yuxulu gozlerinde birgunluk umid olecek; yuxuna qorxulu shubheler tokulecek, balincin qarisi ushuyecek… Zeng etmeyecem sene? Boshaldi cibimin 2 qepiklik yuku. Avtomat telefonlarin azalacaq bir sakini, Iki yeri bosh qalacaq arxa sirasinda kinoteatrlarin, adini tapmayacaqsan arasinda yeni yazdigim setirlerin. …bu gunun de sensiz axhsami geldi…, evdesenmi…


pallet84
39, Baku, Azerbaidzhan

Denizi hediyye verirem Sene..
Men dedim sen baxdn,sen
gülümsedin)
Göylerin $efeqi dü$dü üzüne
Men ise Göyleri verirem dedim

Ayrildiq..
Qeribe hediyyelerle
Göyler e$qin kimi mene ezizdir..
Ayrildıq denizle,ag lepelerle
Nece apararsan?..Deniz denizdir.. Denizi verdimki,sene hediyye
Geldiyin sahile gelesen birde..
Meni görmeyende-o menem-deye
Menimle dani$ıb,gülesen birde
Eger görü$mesek bize dag olar
Dedim..Neçe defe bele dedim men
Deniz sahiline qayıtmaq olar..
Göylerin sahili varmi gedim men?!
Dü$ündüm ayrılıq gelelenden beri
Sen menim e$qime çiraq olasan
Onunçün verdinmi mene göyleri?..
Menden göyler qeder,uzaq olasan?! Men bir denizemki,e$qim seherdir..
Seni dü$ünürem ezizim,yene
Menim dalğalarım xatirelerdir
Qoy çatsın qelbinin sahillerine..
Esl mehebbet ki,böyük hünerdir
Co$ar ümman kimi, teze arzular..
Menim dalğalarım xatirelerdir
Orda tufanda var,burulganda var..
Denizem..E$qimden qaçmaq hederdir
Menki,adlayaram çölü,çemeni
Menim dalğalarım xatirelerdir
Gece de,gündüz de tapacaq seni.. istesen…


Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes