Mənə ölüm hökmü kəsin!
37, Baku, Azerbaidzhan

Mənə ölüm hökmü kəsin!


Bir cinayət işləmişəm
Mənə ölüm hökmü kəsin.
Bir qıza yalan demişəm
Mənə ölüm hökmü kəsin.

Bir acığa pak niyyəti
Gizlətmişəm məhəbbəti,
Verin bu son hökmü qəti
Mənə ölüm hökmü kəsin.

Sevgi yoxsa bəs nə var ki?
Ondan yoxsa səs nə var ki?
Daha müqəddəs nə var ki?
Mənə ölüm hökmü kəsin

 

59 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes