İNSAN - GÖYDƏ AY KİMİDİR...    (B. Vahabzadə)
39, Baku, Azerbaidzhan

İNSAN - GÖYDƏ AY KİMİDİR

Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.

Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.

Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.

Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.

4 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes