Дневники


kingleon
30, Азербайджан

Var mahnı başlayır hansı ki, nəqarətsiz

Var söz biraz düz, amma cəsarətsiz
Var xalqa müraciət sanki ədəbiyyatdır
Var xalq hansı ki, dinlədikcə əbədi yatdı
Var ölkə hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi hansı ki, küçədə yemdi polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər
Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər
Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda
Var pul, var şöhrət, var əmr və qul
Varsa…


kingleon
30, Азербайджан

Hər sözü süzgəcdən keçirərək

Əzbərlədi dərsləri köçürərək
Göz qorxusu itəcək döyülərək
Sevgi zirvəsinə qalxırsan söyülərək
Hörmət qələmdi həyatımız imtahan
Pul günəşdi qalan hamı günə baxan
Nə qədər çoxdu o qədər parlaqdı
Amma biz tikanığ bizə xoş zülmət
Sülü hücumda hərə bir tərəfdən yapışsın
Gəl bu sitemi didək
Qara buludlar günəş palçığa qarışsın
Siz ağlayın bizdə gülək
Yanədə geridə doyaraq
Sözü ürəyimdə qoyaraq
Öz vicdanımı qovaraq
EURO dəyişir dollara
Sözü demə söz gəlişi
Susmaq olacaq vərdişi
Sən bir baxginan qullara
Qul olub sanki pullara
Şeirlə fəlsəfə arasındakı uçurumdan
Çəkirəm eyni rəsmi fərqli rənglər üsulunnan
Bizi siz dəyişmədiz indi kimi gözdüyürsüz
Mənə pis deyib üzdə , gizlincə dinliyirsiz
Fanatlarım çoxaldı
Şeirlərim çoxaldı
Forumlarım çoxaldı
Şeirlərim yayıldı telefonlarda I paddan
Keçir havadan sudan
Keçir torpaqdan oddan
İnsan var vəhşiləşdikcə biz…


10.02.2017
kingleon
30, Азербайджан

Onların sevgisi,

Onların əllərinin istisi
Onların şirin səsi
Onların isti nəfəsi
Ananın lay lay nəğməsi
Atanın verdiyi məsləhət
Çəkdiyi əziyyət
Səhvlərimizə görə nəsihət verməsi
Başa düşmürəm bunları necə olar unutmaq?
Necə olar rahat yatmaq? Biləndə anan xəstə
Hər kəsdə vicdan var ama hamıda deyil eyni
Necə olar unutmaq səni yaratmış valideyni
Axı bizim damarımızda axan onların qanı
Axı biz yuxusuz qoymuşuq gecələr narahat ananı
Axı ata kəsir boğazınnanki övladı olsun tox
Övlad unutdu bu anı necə bağışlamaq olar yox
Mənim bütün nifrətim o övladlara qarşı
Axı onların pula, işə, ailələrinə elə qarışıb başı
Vaxt tapmıllar doğma evlərinin qapısın döyməyə
Ananın əlinnən öpməyə və yaxud adi zəng etməyə
Atanın üzünə olan ağ
Fikirləşmirki bir gün eyni şeylə
Öz övladı qəlbinə vuracağ…


31.12.2015
kingleon
30, Азербайджан

Evvelinnen salan olsaydi eger basha bizi,

Cehlimiz salmaz idi bunca daga-dasha bizi.
Azaciq elmimiz olsaydi eger esre gore,
Boyun eydirmez idi qonshuya,yoldasha bizi.
Ne huner var,ne bilgimiz,ne de ki, dovlet-u mal,
Ite atsan da yemez,hiss elemez lashe bizi.
Shubhesizdir tupurer sureti idbarimiza,
Gosteren olsa bu sima ile neqqashe bizi.
Uzu donsun gorum o aguya donmush choreyin,
Yaxshi mohtac eledi qe...ye ograsha bizi.

EliAga Vahid


23.08.2014
kingleon
30, Азербайджан

Saatim dala qalıb qabağa getməkdənsə

Biz ayrılırıq nədənsə

Sənsə saniyələri sayırsan

Yalannan göz isladıb ağlıyırsan

Gözlərini yum birdə duyum

Qurudu quyum axısən idin suyum

Biz dodaqlarımızla and içirdik

Qaynar suyu üfürmədən içirdik

Həyat indi bənzəyir damin qırağına

Bərk yağıs yağdı sevgi ocağına

Yayda nə çətir mənə qışı gətir

Köçürüm vərəqə bir neçə sətir

Bu sevgi harda bitir göstərin o yeri

Biz onsuzda qayıdan deyilik geri

Hər bədii əsər bitər sevgi itər

Dözərəm bir təhər


kingleon
30, Азербайджан

Mən gedirəm, mənimyolum yaman uzaqdı brat

Mənə görə sən heçdə olmaginən narahat
Tez tez sənə oradan yazacam məktub
Bu dostumdan eşitdiyim son sözlər olub
Ora hamı gedir amma qayıdan kim
Çətin tapılsın bu dərdi yox edən bir həkim
Birdəki nə bilim bəlkə illər keçdikcə
Öyrəşərik yaxınlarımızı itirdikcə
Hər kəsin dərdi özünə görə böyükdü
Kiməsə övlad dayaq kiməsə yükdü
Güclən çətin günlər hələ irəlidədi
"Ya Qarabağ, Ya Ölüm" bu millətin dilindədi,
Qəlbindədi
Qüvvəmiz birliyimizdədi
Gələcəyimiz hər birimizin əlindəndi
Söz verirəm oğlum olsa ona mən hər gecəm
Erməni sənin düşmənindi deyəcəm
Kiməsə aydın olmaya bilər fəlsəfəm mənim
Söz deyəndə düşünmürdüm onnan dövlətlənim
Hər dəfə yeni bir şeir yazanda
Düşünürdüm son şeirimin haqqında
Çünki zəifliyir iman düz olmur əməllər
Amma yenədə tapılır söz deməyə…


19.03.2016
kingleon
30, Азербайджан

Yazdığım şeirlər səni dəyişir dövran kimi

Xan kimi danışırsan Jeep'ə oturan kimi
Sanki, Franklin'in sürüsündəsən mal kimi
Çəməninə bağlayır səni qandal kimi
Cavanlar qışqırır küçələrdə, nəsə istəyir
Qocalar çay içir və xilas edir bəşəriyyəti
Bakını bürüyüb qara bulud, bir də bir az da stress
Bakıya lazım deyil pul, lazımdı sex
Sistem sıxdıqca sıxılmaqdan zövq alırsız
Xarab bütün məhsulları pisliyib, söyüb alırsız
TV'də bazar verlişlərində gedən bazarlıq
Manıslar topdan satılır, bu fəsil biz qazandıq
Mən söz soxuram, söz girmir, deşik çox balaca
Cibləri böyüyən cəmiyyətin beyni çox balaca
Süfrə açdım sözlərdən hər mətbəxə uyğun
Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq


18.03.2016
kingleon
30, Азербайджан

Salam, üç rəngli bayraq, mən yalançıyam

Mən ancaq bayram günlərində sevirəm səni
Əzbər bilirəm yüz fahişənin nömrəsini
Amma çoxdan unutmuşam himnimizin sözlərini
Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm
Mən utanıram Azərbaycan sözünü işlətməkdən
Erməni diasporası soyqırımlar uydurduqca
Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla
Ya da ki, çayxana, qeybət dalıyca qeybət
Sevmək əvəzinə millətimə eləyirəm nifrət
Rüşvətxor müəllimlərin savadsız tələbəsi
Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi
Mən baxıram ancaq səviyyəsiz verlişlərə
Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə
Mən indi yaşayıram sms və mms'lə
Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət
Salam, bayraq, mən sənin nankör övladın
Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün
Sən mənə verdin həyat, mənə verdin azadlıq
Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün
Mənə lazımdı toppuş bacılar və toyxanalar
Amma toz altında məhv…


kingleon
30, Азербайджан

BİR QIZ BALIQ TUTUR, MƏNİ AĞLAMAQ...

Nə xoşdu bir qızın balıq tutmağı,
Amma ha gözləyə balıq düşməyə.
Hirsindən partlaya, əsə dodağı,
Toruna bir dənə şey ilişməyə.
Eləcə dayanıb dənizə baxa,
Eləcə baxasan sən də o qıza.
Bir balıq olasan, bir adam yox a,
Bəxt kimi çıxasan sən də o qıza.
O, balıq gözləyir uzaq sahildə,
Mən ona baxmaqdan heç yorulmuram.
Ötüb keçsə belə bir milyon il də,
Onun gözlədiyi balıq olmuram.
Nə qədər qayıtmır mənim dünənim,
Balıq çıxan deyil, qız gələn gələn deyil.
O balıq o qızın, o qız da mənim,
Halımı anlayan, üzülən deyil.
Satsam kim göz qoyar bu ayrılığa?
Kim bu ayrılıqdan nə istəyəcək?
Görən nə sözü var qızıl balığa?
Görən o balıqdan nə istəyəcək?
Tutur tərəfimi balıqlar mənim,
Çıxmır…


22.11.2015
kingleon
30, Азербайджан

Bakı bulvarına gəl gör

Bu bulvarda nələr yoxdu
Nə oğlanda həya
Nə qızda qızlığdan əsər yoxdu
Toydu büsatdı çal çağırdı
Heç Qarabağdan xəbər yoxdu
Papağ girmiş yerə
Sürtülmüş üzlərdə kədər yoxdu
Bu kolluğdan o kolluğdan
Qaçan ceyranı gör burda

Ayaq yolları pulnandı
Qaçar kollara pulsuzlar
Tapınca az qala
Edər şalvara pulsuzlar
Öpüşmək üçün səhər-axşam
Gələr bulvara pulsuzlar
Polis onnuğ qoparanda
Qalar avara pulsuzdar
Ya polisə evləndir deyər
Ya dayımı mayoru gör burda

O gündənki bizim bulvar tikildi
Təzə adlandı
Ticarət xirdalandı
Sahə tullandı
Xəzədən ağ balığ qaçdı
Sulardan kilkə boylandı
Bakı əhli dönər oldu
Manqalda odlandı
Axıb selnən gələn sahillərə
Saranı gör burda

Ola bilə üçün axtarma çaşarsan
Linza var gözdə
Heç vaxt bilinməz linzalar bizdə
Geç vaxt görünməz maskalar üzdə
Paçka-paçka manat üçün
Qalxıb enər bu qaydadı bizdə
Zamanı aşikar…


Дневники
Дневники обновляются каждые 5 минут