Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram axan iliq göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...
Hələ də qəlbin varkən, sevsən bir az?
Bu şəhərdə sənə sarılmaq istəyən biri var.. Bil istədim..
Həmişə o küçə başında gözləyərdik bir-birimizi...
Nə vaxt o küçə yaxınlığından keçsəm, seyr edirəm ikimizi...
Ruhuma özümü anladıram bəzən.. Çıxıb getmək istəyir bədənimdən..
Bir kağıza "sənsizlik" yazdım, çox xoşuma gəlir, çünki sənsizlik belə "sən"lə başlayır..
Susmağa gedirəm, birazdan qayıdaram..
Ardından "kaş ki" demədim deyə "yaxşı ki" dediyimi də düşünmə..
Varla yox arasında olan birinə nə deyilə bilər ki?..
Dilədiyin qədər uzağa get, həmişə eyni göy üzünü paylaşacağıq..
Gerçəyi üzümə söyləyərək məni incit,
amma əsla bir yalanla yaxşı hiss etməyimə çalışma..
"Amma" qədər qatil bir kəlmə yoxdur.. Özündən əvvəl gələn hər cümləni öldürür..
"Səni…
Səni sevdim çox sadəcə
Səni sevdim gündən-günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni, səni sevdim çox sadəcə!
Mən sadəcə seni sevmək istədim...
Uçurumlardan düşərkən, problemlərdən qaçarkən, çətinliklərdə büdrəyərkən sənin sevginə sığındım... Buna görə də...
Nə olar kədərlə baxma üzümə
Gözlərim qan ağlar sən üzüləndə
Dünyanı versələr sərsəm önünə
Anam gülərsənmi ürəkdən yenə
Dünya,sənə bica
düşdüm,bilmirəm ,
Hansı tənə necə düşdüm,bilmirəmGündüz düşdüm,gecə
düşdüm,bilmirəm ,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.
*
Dörd ay keçdi,can
verildi,duruxdu m,
Altı ayda acı çəkdim,karıxdım ,
Doqquz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətim dən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.
*
Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal töküldü dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.
*
Yeddi yaşda qandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı
tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray qurdum
ağlıma.
*
On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Xəyalımda qurub şahlıq taxtımı,
Ha gözlədim açan aça baxtımı.
*
İyirmidə sevda mənə…
..bəzən olur ki, sevdiyin insanlar sənin onları nə qədər çox sevdiyinin fərqində olur..və bilirlər ki,nə qədər səhv etsələr də onlara qıya bilməyəcəksən..bilirsən ki,onlar bəzi hərəkətlərini rahatca edir,çünki sənin onları bir gülüşlərinə bağışlayacağından əmindirlər..bilirlər ki,səni nə qədər incitsələr də onlar sənin ən həssas nöqtəndir..və ən pisi odur ki,sən bütün bunların fərqində olursan..səndən istifadə etdiklərini bildiyin halda üstlərindən xətt çəkəcək gücü özündə tapa bilmirsən..və bu səni öldürür..
qıraqdaki dostların tövsiyyələr verməyə başlayır sonra..gözünü açmağa çalışırlar..daha çox incinməyini istəmirlər..və səni bu əziyyətdən xilas olmağın üçün cəsarətləndirirlər..bəzən əsəbləşib qovursan onları..”onsuz da bunların hamısını siz deməsəniz də bilirəm!” demək istəyirsən,amma deyə bilmirsən..acizliyini görmələrindən qorxursan çünki..bu zaman…