Səni tanıdığım günə Şükürlər olsun…
25, Sumgayit, Azerbejdżan

Xoşbəxtlik mənimdə qapıma gəldi,
Səni tanıdığım günə Şükürlər olsun…
Hər gün Allaha açdım əlimi,
Səni tanıdığım günə Şükürlər olsun…

Kədərlikən gülməyi səndən öyrəndim,
Göz yaşımız belə, sevincdən olsun…
İndi qulağına bir söz deyərdim:
-Səni tanıdığım günə şükürlər olsun

Həyatda ən böyük hədiyyəmsən sən,
Yaxşı və pis gündə yanımda oldun,
Hər gecə dediyim söz nədir bilirsən?
“Onu tanıdığım günə Şükürlər olsun”


Liczba odwiedzin: 4
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut