Blog


06.11.2014
JuJu
25, Sumgayit, Azerbaycan

Gəl, bir nağıl icad eləyək qüssə çəkincə,
Xasiyyətimiz əksini tapsın bu nağılda.

Sən Leyli tək incə,
Mən Məcnun ağılda.

Gəl bir nağıl icad eləyək "Həsrət" adında,
Mən yerdə gəzim, sən süzəsən mavi səmadə.

Sən qu qanadında,
Mən payi-piyadə.

Gəl bir nağıl icad eləyək şaxtalı qışdan,
Bəhs eyləyək həm də payızın mənzərəsindən.

Sən güclü yağışdan,
Mən qar dənəsindən.

Gəl bir nağıl icad eləyək, sən sarı yarpaq,
Mən də qara torpaq, sənə aşiq, sənə vurğun.

Sən ay kimi parlaq,
Mən yer kimi solğun.

Gəl bir nağıl icad eləyək ki, məsəl olsun.
Çünki, adı dillərdə gəzənlər ola bilməz

Səndən gözəl olsun,
Məndən qaradinməz...


05.08.2015
JuJu
25, Sumgayit, Azerbaycan


Baxdım dünya üzünə,
ağıl olmaq istədim...
Baxdım arvad sözünə,
paxıl olmaq istədim...

İstədim


JuJu
25, Sumgayit, Azerbaycan

Təkcə gücsüzlüyündən
yıxılmır insan,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.

Анимашки Бабочки


JuJu
25, Sumgayit, Azerbaycan

Mən sevgiycün yanar odam məşəlimsə sönməz olub ,
Pərvanə dövrə vurduqca ,qəlbim sevda ücün vurub
Hərdən bəzən soruşurlar Seymur sənə de , nə olub ?
Dinməyirəm suallara özüm cavab verməyirəm ,
Mənki mənəm bu sevdada,hərdən özüm mən deyiləm .

Анимашки Линии


27.11.2014
JuJu
25, Sumgayit, Azerbaycan

Sevgin ürəyimdə qərib düşübdür,

Yurdu talanıbdır yuvası uçub.

Gecələr sığınıb ümid payına

Dərin baxışında yuxu da susub.

Анимашки Цветы


JuJu
25, Sumgayit, Azerbaycan

İnsan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən bir
yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni
qarə buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən ,
çünki yağışam mən.
Hər gün döyürəm
pəncərəsin sevgili yarın,
Yox ayrı yolum ki, ona
dərdim danışam mən,
dilsiz yağışam mən.
İsbat eliyə bilməyirəm
eşqimi heç cür,
Mümkün ki deyil eşqin oduna
alışam mən,
çünki yağışam mən.
Yarın evinin dövrünü
dəryayə çevirdim,
Çox şükr, rəqibin yolunu
bağlamışam mən,
qısqanc yağışam mən.
Yağsam da yerə, göylərə
qaytar məni, ya rəbb,
Torpaqlara bir yolluğa qoyma
qarışam mən,
çünki yağışam mən.
Fəhmi, mənim eşqim ola
bilməz ki, tükənsin,
Eşq adlı buluddan süzülən bir
yağışam mən,
bitməz yağışam mən



26.06.2015
JuJu
25, Sumgayit, Azerbaycan

Əlimdə imkanım olsaydı əgər
Cəkərdim səmaya sənin rəsmini
Yazaydım bir roman birdəki əsər
Adını qoyardım sevirəm səni ...


Yada bu eşqimi əbədi sonsuz
Zilə qaldırardım deyərdim onsuz
Məhəbbət olubdu qayda qanunsuz
Car cəkib aləmə,sevirəm səni ...

Məndə nöqsanları axtarma bəsdir
Sənsiz həyat mənə zindan məhbəsdir
Bu sözlər ürəkdən gələn bir səsdir
Sevirəm sevirəm sevirəm səni ...


JuJu
25, Sumgayit, Azerbaycan

Mən səninlə çay içmək istəyirəm; səni eşitmək, səni görmək, səni bilmək, səni yanımda hiss etmək istəyirəm. Sənə şeir oxumaq istəyirəm, yazmağdan bezdim. Mən artıq yazıları sənə söyləmək istəyirəm. Kiçik bir evdə böyük xəyallar qurmaq istəyirəm.Sobanın yanında, səninlə birlikdə, üşüyən əllərimi çayın istiliyinə buraxmaq istəyirəm.Səni şirin yuxudan oyadıb , sənlə intihardan söhbət etmək isdəyərəm sənlə söhbətin dərinliyinə eMən səninlə çay içmək istəyirəm; səni eşitmək, səni görmək, səni bilmək, səni yanımda hiss etmək istəyirəm.Sənə şeir oxumaq istəyirəm, yazmağdan bezdim. Mən artıq yazıları sənə söyləmək istəyirəm. Kiçik bir evdə böyük xəyallar qurmaq istəyirəm. Sobanın yanında, səninlə birlikdə, üşüyən əllərimi çayın istiliyinə buraxmaq istəyirəm.Səni…


JuJu
25, Sumgayit, Azerbaycan


28.12.2014
JuJu
25, Sumgayit, Azerbaycan

Hər bir sözü balam candi,
Üzü nurlu bir insandi,
Sevimlidi,mehribandi,
Qayğikeşdi Mənim anam..

Анимашки Линии


Blog
Bloglar 5 dakikada bir güncelleniyor