Yaman dəyişilmisən
35, Baku, Azerbejdžan

Getdiyin zamandan keçibdir illər
Daha ögəyləşib bizim bu əllər
Dolanıbdır aylar, ötüb fəsillər
Sən hansı cürətlə geri dönmüsən
Bu sənsən? Necədə dəyişilmisən.


Məndən uzaqlarda gültək solmusan
Keçən bu zamanda unudulmusan
Görürəm ki təksən, tənha qalmısan
Gəzdiyimiz yerləri tenha gəzirsən
Bu sənsən? Necədə dəyisilmişən

Mənim ehtiyacım qalmayıb sənə
Daha güvənmərəm sən tək xainə
Var-dövlət eşqinə, sərvət naminə
Məni tənha qoyub çıxıb getmisən
Bu sənsən? Necədə dəyişilmisən

Mənim tək neçəsin yolda qoymusan?
Kimlərə həyatı soyutdurmusan?
Kimlərin ölmünə səbəb olmusan?
Utanmaz-utanmaz deyib, gülürsən
Bu sənsən? Necədə dəyişilmisən.

2 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta