Ditar


JuJu
25, Sumgayit, Azerbaidzhan

Nə tez unutdun
Ay sevən, məni?
Yeni yar umdun
Sevgin böyləmi?

Demək bilmirsən
Nədir məhəbbət,
Yə'qin sevmirsən
Bilərdin əlbət.

Pərvanə üçün
Şam da əriyər,
Yandırar özün
Başından keçər.

Demək bu, eşq yox
Ötən hiss imiş,
Məcnun deyən çox
Məcnun deyilmiş.

Bir Leyli üçün,
Yandı mum oldu.
Öldürdü özün
O, Məcnun oldu.


JuJu
25, Sumgayit, Azerbaidzhan

Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram axan iliq göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

Анимашки Бабочки


JuJu
25, Sumgayit, Azerbaidzhan

Hələ də qəlbin varkən, sevsən bir az?

Bu şəhərdə sənə sarılmaq istəyən biri var.. Bil istədim..

Həmişə o küçə başında gözləyərdik bir-birimizi...
Nə vaxt o küçə yaxınlığından keçsəm, seyr edirəm ikimizi...

Ruhuma özümü anladıram bəzən.. Çıxıb getmək istəyir bədənimdən..

Bir kağıza "sənsizlik" yazdım, çox xoşuma gəlir, çünki sənsizlik belə "sən"lə başlayır..

Susmağa gedirəm, birazdan qayıdaram..

Ardından "kaş ki" demədim deyə "yaxşı ki" dediyimi də düşünmə..
Varla yox arasında olan birinə nə deyilə bilər ki?..

Dilədiyin qədər uzağa get, həmişə eyni göy üzünü paylaşacağıq..

Gerçəyi üzümə söyləyərək məni incit,
amma əsla bir yalanla yaxşı hiss etməyimə çalışma..

"Amma" qədər qatil bir kəlmə yoxdur.. Özündən əvvəl gələn hər cümləni öldürür..
"Səni…


JuJu
25, Sumgayit, Azerbaidzhan

Səni sevdim çox sadəcə

Səni sevdim gündən-günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.


Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,

Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni, səni sevdim çox sadəcə!
Mən sadəcə seni sevmək istədim...
Uçurumlardan düşərkən, problemlərdən qaçarkən, çətinliklərdə büdrəyərkən sənin sevginə sığındım... Buna görə də...


08.11.2014
JuJu
25, Sumgayit, Azerbaidzhan

Nə olar kədərlə baxma üzümə
Gözlərim qan ağlar sən üzüləndə
Dünyanı versələr sərsəm önünə
Anam gülərsənmi ürəkdən yenə


JuJu
25, Sumgayit, Azerbaidzhan

Dünya,sənə bica
düşdüm,bilmirəm ,
Hansı tənə necə düşdüm,bilmirəmGündüz düşdüm,gecə
düşdüm,bilmirəm ,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.

*

Dörd ay keçdi,can
verildi,duruxdu m,
Altı ayda acı çəkdim,karıxdım ,
Doqquz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətim dən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.

*

Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal töküldü dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.

*

Yeddi yaşda qandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı
tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray qurdum
ağlıma.

*

On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Xəyalımda qurub şahlıq taxtımı,
Ha gözlədim açan aça baxtımı.

*

İyirmidə sevda mənə…


JuJu
25, Sumgayit, Azerbaidzhan


Ayrıldığım kəsin geri dönməsi üçün yalvarmaram. Darıxa bilərəm, o gözəl anları xatırlaya bilərəm, lakin geri dönməsini yalvarmaram. ..Nə üçün? O öz seçimini etmiş və mən bu seçimə hörmətlə yanaşmalıyam. Sənə dəyər verməyən və səni qiymətləndirməyi bacarmayan kəslə ayrılmaği bacarmalısan. Təklikdən qorxmaram. Mən həmişə həyatımı mənim olmayan birsi ilə yaşamaqdan, qorxaram. Ömür sürdüyün insanın sənin olmadığını anlamaq və onun sənin həyatını əlindən almasını gec dərk etmək - həqiqətən çox dəhşətli bir şey. Keçmişimə heyfslənmirəm. Necə ki, o mənə heyfslənməmiş. Keçmişim mənə indiki zamanla yaşamağı öyrətdi. İstədiyimi edərəm. Çünki , nə etdiyimdən asılı olmayaraq, onsuz da məni həyatımın sonunadək müzakirə edəcəklər. Ona…


JuJu
25, Sumgayit, Azerbaidzhan

Xəzər daha eşitməzdi səsimi...
Bakı sənin xətrinə şəhərimdir.
Son ümid gözləyir son nəfəsimi,
Deməli, bu səhər son səhərimdir.

İllər ötüb, üz-üzə dayanmışıq.
Bu iki sevgidə üç ömür sönüb.
Demə ki, nifrəti sevgi sanmışıq.
Bəlkə də, sevgimiz nifrətə dönüb.


Qaranlıq sabahı, parlaq dünəni
İndi fikirləşib, tənha ölürük.
Bircə şəkil qalıb sevdirən səni,
O şəkildə üçümüz də gülürük.

Onunla sevgiyə doymursan indi.
Xəyalın məndədir, gülüşün onda.
Bir gülüş nədir ki, qıymırsan indi?
Qəlbimi sevindir bu qəmli sonda.


Gözləri süzdürüb, başını əyib,
Baxırsan saralmış tozlu şəkilə.
Köhnə rəsmimizi geri istəyib,
Qorxduğum arzunu gətirmə dilə.

Nə olar, əlini uzatma və sus.
Növbəti görüşə bəhanə saxla.
Qəlbinin sarayı özgəyə məxsus,
Mənə də üç divar viranə saxla...


Gedəndə, kədərli xəyala dalıb,
Məni də yanına salıb aparma.
Saralmış bir ümid əlimdə qalıb,
Onu…


27.11.2014
JuJu
25, Sumgayit, Azerbaidzhan

Səni başa salamaq istəyirəm sevgilim..!!!
Cümlələrimdə səni başa salan sözlərimə bir gün nöqtə qoya biləcəm ya yox, bilmirəm..
Həmişə deyirəm bu son şerim..
Bu son hekayəm desəm də..
sənli yazılarımın sonu olmadı..
Heç bir cümlə səni tamamlaya bilmədi..
Heç bir cümləm mənasız deyildi..içimdən necə gəldisə elədə yazdım, söylədim hər şeyi..
Yenə də səni başa sala bilmədim..
Fikrimi sənə olduğu kimi çatdıra bilmədim..
Sənə söyləyə bilmədiklərimi yazmağa çalışdım..
Yazıda da fikrimi çatdıra bilmədiyimdə, sənə hiss etdirməyə çalışdım..
Duyğularımızı başa sala biləcək cümlə varsa mən bu cümləni heç vaxt öyrənə bilmədim.Özümü ifadə etməyi heç bilmədim..
Sənə aşiq olduğum kimi, sərbəstliyə də aşiq idim
Özümü sərbəst buraxdım..
Amma yalnız bu sevgidə..
Heç bir nöqsanına fikir vermədən sevdim..
Sadəcə..sevdim..
Sən isə…


26.03.2015
JuJu
25, Sumgayit, Azerbaidzhan

Deyirlər üstünü duman, çən alıb,
Saçına qar yağıb ağappaq, mənsiz!
Ürəyinə həsrət qüssə, qəm salıb,
Həyatın mənasız olubdur mənsiz!

Həyat yoldaşın var, oğlun, qızın var,
Fəsillər dəyişir, qışın, yazın var,
Çoxundan çoxun var, azdan-azın var,
Bəs niyə ürəyin bomboşdur mənsiz?


Ayrıldıq, səhvi də, düzü də sənin,
Ürəkdə qalmayıb izi də sənin,
Həyat mənasını gözündə sənin
İtirdi, o vaxt ki, qalmısan mənsiz!

Daha o zamandan xeyli vaxt keçıb,
Hərə öz yolunu, izini seçıb,
Fələk donumuzu həsrətdən biçib
Qalmışıq mən sənsiz, səndə ki, mənsiz!


Görüşə cəhd etmə gecikdik artıq,
Vüsalı səninlə hicrana satdıq,
Daha yaş da keçib qocalıq çatdı,
Yaşayaq mən sənsiz, səndə ki, mənsiz!

Mənsiz


Ditar
Blogët shkarkohen çdo 5 minuta