Atamı istəyirəm
37, Baku, Azerbaidzhan

Adam yorğun-arğın evə döndüyündə 5 yaşındakı
uşağını qapının qarşısında gözləyərkən tapdı.
Uşaq atasına, "Ata bir saatda nə qədər pul
qazanırsan" deyə soruşdu... Onsuz da yorğun gələn
adam, "Bu sənin işin deyil" deyə cavab verdi.
Bunun üzərinə uşaq "Ata xahiş edirəm, bilmək
istəyirəm" deyə üstələdi. Adam "Mütləq də bilmək
istəyirsənsə 20 milyon" deyə cavab verdi. Bunun
üzərinə uşaq "Yaxşı mənə 10 milyon borc
verərsənmi" deyə soruşdu. Adam yaxşıca əsəbiləşib,
"Mənim sənin axmaq oyuncaqlarına və ya
bənzəri şeylərinə ayıracaq pulum yox.
Dərhal otağına get və qapını bağla" dedi.
Uşaq səssizcə otağına çıxıb qapını bağladı.
Adam əsəbi əsəbi "Bu uşaq necə belə şeylərə
cəsarət edər." deyə düşündü. Aradan bir saat
keçdikdən sonra adam bir az daha sakitləşdi və
uşağa pulu niyə istədiyini belə soruşmadığını
düşündü, "Bəlkə də həqiqətən lazım idi"...
Yuxarı uşağının otağına çıxdı və qapını açdı...
Yatağında olan uşağa, "Yatırsanmı" deyə
soruşdu. Uşaq "Xeyr" deyə cavab verdi...
"Al görək, istədiyin 10 milyon. Sənə
az əvvəl sərt davrandığım üçün təəssüf edirəm.
Amma uzun və yorucu bir gün keçirdim" dedi...
Uşaq sevinclə qışqırdı, "Təşəkkürlər
ata"... Dərhal yastığının altından
digər buruq pulları çıxardı. Adamın
sifətinə baxdı və yavaşca pulları saydı.
Bunu görən adam yaxşıca əsəbiləşərək, "Pulun
olduğu halda niyə məndən pul istəyirsən?...
Mənim, sənin axmaq uşaq oyunlarına ayıracaq
vaxtım yox" deyə əsəbləşdi... Uşaq "Pulum vardı
amma kifayət qədər yox idi " dedi və üzündə
xəcalətli bir gülücüklə pulları
atasına uzatdı; "İşdə 20 milyon...
İndi 1 saatını ala bilərəmmi ata?..

36 skatījumu
 
komentāri
captain070 29.11.2009

saol

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes