Get başqa sevgilərə...
37, Baku, Azerbaidzhan

Sənin üçün deyiləcək sözlərin hamısı şeir dadında...
Məni sənə gətirəcək olan yolların hamısı tıxanmış vəziyyətdə...

Düşünürəm də,
Bizim 'eşq' dediyimiz şey çıxmaz bir küçə idi.
Sonu yox idi.
Çıxmırdı bu yol bir yerə...
Dönüşü yox idi.

Ağrıyır sol yanım.
Sancır bədənim.
Qanayır biləklərim.
Susuşlara kölə olmuş dilim.

Yanmaz dediyim hər yer, kül olmuş vəziyyətdə...
Axmaz dediyim bu qan, heç dayanmamaqda...

Sevda bir yolmuş, girən çıxa bilmirmiş.
Kimi şahzadəsini tapıb xoşbəxt olurmuş.
Kimi bəlasını tapıb bir ömür qovrulurmuş.

Bu gecə son!
Sənin üçün son!
Bitir gerçəklərin, başlayır gerçəklərim.
Uğruna axan son damla bunlar...
Son gözyaşım sənin üçün...
Çox ağrıyır sol yanım,qanayır.
Yarasına məlhəm ola bilmir.
Dedim ya bu gecə son!
Son dəfə ağrıyır sol yanım.
Son dəfə qanayır.

Get başqa sevgilərə...!
Peşman olsan da əsla geri dönmə.
Adını meydana gətirən hərflər yox artıq mənim həyatımda...!


14 skatījumu
 
komentāri
ayaz23 22.01.2010

Get başqa sevgilərə... *THUMBS UP*

captain070 03.02.2010

soz yo superdi tşk

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes