Virtual xəyala aşiq olmaq mümkündür?
37, Baku, Azerbaidzhan

Səsini heç eşitmədiyin, əllərinə toxunmadığın, heç görmədiyin bir insana aşiq olmaq mümkündürmü?



O insanın xəyalı ilə yaşamaq, onu hər kəsdən fərqli etmək, onu ideallaşdırmaq virtual aləmə daxil olan çox insanın yaşadığı bir hadisədir.
Virtual aləm bir insanın daxilini necə müəyyən edə bilər?
Daxilinə bələd olmadığımız bir xəyala aşiq olmaq mümkün olsada bu sevginin ömür nə qədərdir?
Çoxları bir xəyala aşiq olmayacağını dilə gətirsələrdə əslində bir xəyalı fərqli olaraq görməyi hər birimiz yaşayırıq.Kimdənsə, nə iləsə fərqləndirə bilirik.Fikirlərimizdə, beynimizdə artıq onun yazdıqları, onun dedikləri dolaşır.Bir anlıq "Mən nə edirəm?" deyirsən içində.Axı onun səsini heç eşitməmisən.Axı onu heç görməmisən.Sənin içində böyütdüklərin bəlkə sadəcə bir xəyaldır?Başlanğıcda necə də, gözəl olur bu hisslər.Xəyallar yeganə məkandır ki, biz orda sərbəstik!
Biz xəyallarımızdakı ssenarini özümüz təyin edə bilirik!Biz xəyallarımızın fərqli olmasını müəyyən edə bilirik!Biz xəyallarımdakı insanları seçirik!Biz xəyallarımızda azadlıq, rahatlıq, realda olmayacaq qədər sərbəstlik əldə edirik! İlk əvvəl xəyaldan xoşlanırıq.Ona yaxın olmaq üçün əlimizdən gələni edirik.Sonra isə aşiq olduğumuzu hiss edirik.Fikrin, düşüncələrin onun sözləri ilə dolu olur.Ancaq bəzəndə bu fikir səni rahat qoymur.Bəlkə xəyallarımdakı insanı ideallaşdıran olan mənəm? Bəlkə oda sıradan biridir?Nə qədər suallar beynində fırlanır.Bəs bu sualların cavabları kimdədir?Sənin içindəkilər sadəcə bunları deyir.Mən heç bir zaman görmədiyim, söhbət etmədiyim, yaxınlıq qurmadığım bir xəyala aşiqəm.O xəyalın məni tərk etməsini istəmirəm.Kaş bir ömür davam etsə.Reallıq mənim gözəl xəyalımı zədələməsə..Acı həqiqətlər xəyallarımın yalan üzərində qurulduğunu deməsə...Heç kəs mənə bu sadəcə müəyyən müddətlik həyəcandır deməsə...Kimsə qarşımasa mənim sevgimə, kimsə daxil olmasa o dünyama, kimsə bizi ayırmağa çalışmasa, qarşılıqsız olsa belə bu sevgi daima içimdə yaşasa, sevdikcə böyüsə, məni heç vaxt dərk etməsə nə olardı? İndi siz deyin: -Sevmək üçün görməkmi gərək?-Sevmək üçün onun səsini eşitməkmi gərək?-Sevmək üçün ona toxunmaqmı gərək?-Sevmək üçün onun yanında olmaqmı gərək?Bunlar mümkün deyilsə "O" sadəcə bir xəyaldırmı?

7 skatījumu
 
komentāri
Azikj 29.01.2010

cox gozel maraqlidir

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes