SENI ISTEYIREM SEVGILIM!!!!!!
37, Baku, Azerbaidzhan

Həyatıma sənin adınla məna qatıb xoşbəxtliyə baxmaq və onu birdaha itirməmək istəyirəm.

Hər gecəni səninlə uyumaq, hər sabahı səninlə açmaq istəyirəm.

Gözünü açır-açmaz ilk gördüyün şey mən olum və üzümdə gülüşümü görməni istəyirəm.

Şəhərin yollarını əl-ələ dolaşmamızı istəyirəm. Baxmadığımız, dolaşmadığımız bir küçə qalmasın.

Heç kimə fikir vermədən elə yolun ortasında yanağıma öpücük qondurmanı istəyirəm.

Bizimlə bağlı musiqiləri sözlərini unutsaq belə birgə oxumağımızı istəyirəm. Sonra bir filmə baxaq, bir kitab oxuyaq, otlar üzərində mavi səmaya baxıb arzular qurmağımızı istəyirəm.

Paylaşdığımız hər anın dəyərini bilməmizi istəyirəm.

Bir saat bir-birimizi görmədikdə özləmdə olmamızı istəyirəm.

Gözlərinin içinə baxıb "Səni Sevirəm" demək istəyirəm. Sadəcə səni istəyirəm.


Sənin olmaq istəyirəm!!!
  

10 skatījumu
 
komentāri
Habil Məmmədov 06.05.2011

bilmek olar o kimdi???

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes