30.12.2013
Boşluq
34, Zeytinburnu, Turkey

Səmimiliyinə həddindən artıq inandığın adamların bircə kəlməsindən sarsılmaq qədər boş gəlir mənə bu dünya. Daha doğrusu dünya boşluqlardan dolan bir nəsnə olduğu üçün dünya yox, həyat boş gəlir mənə. Üç-beş dərdləşəcək, fikir alış-verişində olacağımız inandığımız kimsələr vardı. Onları da bir-bir itirməyin axırında bir ağ qoç görəcəyikmi görəsən, kəsilmiş ipimizdən sallanmağın əllərimizdə yaratdığı qabarının acısını əllərinin arasında ovundurmağa? Neçə dəfə hiss eləmişəm. Mən ovqat adamıyam. Hansı mühitdə, hansı şəraitdə, hansı məkanda olmağımdan asılı olmayaraq ovqatımı korlayan kəslərin həmişəlik inana biləcəyim insanlar olduğunu anlamışam. Sən də onlardan biri oldun. Sən də qoşuldun onlara. Amma mənim qazandıqlarımı itirməyə tabım olmadığı kimi məni itirməyə tabı olanları da qazanmaq deyə bir niyyətim olmayıb, yoxdur, olmayacaq. Səni də həmçinin. Daldan atılan daşların topuğa dəydiyini yaxşı bildiyim üçün hər zaman ayaqyalın gəzməyə də razıyam. Nəinki topuğumu, hətta ayaqlarımın ən balaca--çeçələ barmağını da atılan, özü də daldan atılan daşlara öyrətmək üçün. Yaxşı fikirləşin, hamınız bu halda olmusunuz. Hansı haldamı? Deyim. Günün ən isti anında, özü də küləksiz Bakı istisinin, yaxud da nəfəskəsən Naxçıvan günəşinini öldürücü şüaları altında aclıqdan ürəyiniz gedir. Bu an elə bil, mədə öz funksiyasını ürəyə ötürür. Yorulmuş, haldan düşmüş mədənin artıq həyat mübarizəsi bitib, amma bədəni idarə edən qan damarları zavodu ürək mədənin fəaliyyətini bərpa etmək üçün özünü öldürür, ora-bura çırpır. Bu halda acından mədəninmi getdiyini, yoxsa halsızlıqdan ürəyinmi durduğunu anlaya bilmirsən. Bax, sənin dediklərin, düşündüklərin məni həmin bioloji törəmənin ruhi halından o yana getməyə qoymur. Elə bilirəm ki, acından ürəyim gedir, elə bilirəm ki, halsızlıqdan ürəyim əsir. Amma əslində isə bunların heç biri yoxdur. Sadəcə inandığım, inamına inandığım, mənə inamsızlıq duymayacağına inandığım kimsələrin inamsızlığı başımı döndərir. Nə şeir yadıma düşür, nə sevgi, nə də ovqat. Elə bil boğuluram. Elə bil həmin an qarşıma çıxırsan. Mən kimsədən küsməyi bacarmıram. Amma nifrət mənim karımdı. Deyirlər axı sevməyən insan nifrət etməyi də bacarmaz. Mən səni sevməmişdim, sənin özünün də dediyin kimi fikrimi bölüşə biləcəyim, dərdimi danışa biləcəyim bir insan tapdığıma sevindiyim üçün sevinmişdim münəsibətlərimizin son həddindən əvvəlki vəziyyətinə. Amma, olmadı, nədənsə sənin də səmimiliyinə həddindən artıq inandığım adamların cərgəsindən gözüm görə-görə sivrilib yoxa çıxmağını səssizliklə seyr etməkdən də zövq almaq istədim. Getmə, dayan, dur, yaxud bir dəqiqə gözlə, mənə qulaq as kimi ifadələr dilimə saxta, çürük olduğu üçün yapışmadı. Heç nə demədim. Uzaqdan görünməyin də lazım deyil mənə. Nifrətimin lal-kar dayanmasına da sənin problemlər labirintində şüürlu düşünmə imkanından məhrum olmağın səbəbmiş demə.

3 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes