GİZLİ MƏHƏBBƏT
30, Yasamal, Azerbaidzhan

Xatirə dəftəri durub qarşımda

Yadıma salıram ötən günləri
Qəlbimin ecaskar sirr yaddaşında
Canlanır o sənli məktəb illəri

O ötən illərin xatirəsini
Tək sənin nitqinlə bəsləmişəm mən
Mən sənnən almışam sevgi dərsini
Sevgi müəllimim sən olmusan sən

Məktəbdən düz sizin qapınızacan
Səni gözlərimlə ötürmüşəm mən
Sən demə səni mən elə o zaman
Məktəb yollarında itirmişəm mən

Dərsə nə marağım nə meylim vardı
İki il payıza qalsamda belə
Çantam ağzınacan dolu olardı
Eşq sevgi məhəbbət şeirləriylə

Bircə gün sən dərsə gəlməyən anda
Mən dərsdən qaçmağı hünər bilmişəm
Durnalar şeyrindən iki alanda
Sənsiz günlərimi əzbər bilmişəm

Dərdimi sərimi bilməzdi kimsə
Qəlbim ağlasada üzüm gülürdü
Üç ay tətillərdə nə çəkmşəmsə
Onu bir göydəki allah bilirdi

Sinifdə birinci səndin savadda
Sən ya beş alardin yada beş ulduz
Arzun həkim olmaq idi həyatda
Ay mənim qəlbimi xəstə eden qız

Sənə göz qoyardım küçədə dərsdə
Qoymazdım bir əclaf telini darta
Peraşki pulların yığıb üst üstə
Sənçin toplayırdım səkkiz marta

İstərdim bir kimsə görməsin səni
Qısqanclıq hissinə dostdum tanışdım
Böyük şərəf bilib sənin şəklini
Şərəf lövhəsinnən oğurlamışdım

Məni açıq aşkar gizli məhəbbət yıxdı
Bu dərdimə o günlər şərik
Biz sinif yoldaşı olsaqda fəqət
Ömür gün yoldaşı ola bilmədik

Günah məndədiki sevirəm sözün
Sənə deməmişəm açıq aşkara
Eeeeeh mənim taleyim sinifimizin
Yazı lövhəsi tək qaraymış qara

Bizi ayri saldı bəxt özü qəsdən
Sən ey 11 illik sinif yoldaşım
Qəlbimi açmaqşün bağlı qəfəsdən
Nə bir şansım vardı nə bir sirdaşım

Qıfılı o yannan olan qapılar
Mən bədbəxt aşiqə qan uddurdu qan
Görəsən elə bir insan tapılar
Çəkə mən çəkən dərdləri aman

Çox vaxt uğursuzluq çıxıb qarşıma
Yoxsa qara bəxtim əbədi yatmış
Haranın daşını töküm başıma
Mən sevgisi ölmüş mən başı batmış

Ayrılıq min adda bir dadda olur
Tale niyə küsdü mənnən bilmədim
Mən xoş gün səadət həyatda olur
Səni gördüyüm gündən bilmədim

İxtiyar yox idi o vaxt əlimdə
Mən zərbə vursamda öz həyatıma
Ən çətin ən ağır gecələrimdə
Bir qələm bir kağız çatır dadıma

İlhamı mən ancaq sənnə almışam
Sən məni yaşadan ürəkdin ürək
Mən sənin eşqinlə şair olmuşam
Yazdığım şeirlər sənindir demək

Həyat mənimçün özgə bir yayda
Nəyinki təkrarən sevmək nəinki
Basıb gözlərimi cıxarsalarda
Bir daha mən sənə baxmaram çünki

Deyirlə toyundu yaxın zamanda
Yaman sarsıdıbdı bu xəbər məni
Qorxuram sevgilim sənin toyunda
Şair tək tamada seçələr məni


8 skatījumu
 
komentāri
Rainfall 24.12.2011

dosi elin qolun var olsun..ela werdi, kovrelden setirlerdi :'-(
+5

kingleon kingleon 25.12.2011

oxumagin bele yeter coxsagol

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes