Bahreyn.Ali-Xəlifənin utandırıcı qərarı: Namaz qılmaq üçün icazə sənədi
49, Moscow, Russia

(Səhər TV)-Utandırıcı haldır ki, məscidlər və Allah evləri dağıdılsın və hətta əgər bəhanə olarsa, inşa icazəsi verilməsin. Bu məsələ Bəhreynin Faktaraşdırıcı komitəsinin hesabatında şiələrə qarşı təcavüz kimi xatırlanıb.

Əl-Aləm telekanalının məlumatına görə, Bəhreyn yazarı Hani əl-Fərdan bu ölkədə dini və fərdi azadlıqların kəskin məhdudiyyəti və insan haqlarının pozulmasına toxunaraq bir məqalədə yazır: Aksiyaların keçirilməsi icazənin alınmasına ehtiyaclıdır. Yürüşün keçirilməsi icazənin alınmasına ehtiyaclıdır. Dostlardan 4 nəfərlə gəzmək və beşinci bir adamın onlara qoşulması icazəyə ehtiyaclıdır. Məhərrəmlik məzhəbi münasibətləri sayılan ölkədə matəm heyətlərində iştirak etmək icazəyə ehtiyaclıdır.

Hani əl-Fərdan söyləyib: Soruşmaq lazımdır ki, islam ölkəsi olan bir ölkədə namazı camaatla qılmaq olar yaxud onun üçün də icazə almaq lazımdır? Utandırıcı haldır ki, məscidlər və Allah evləri dağıdılır. Bu məsələni faktaraşdırıcı komitəsi də etiraf edir və onu məxsus bir tayfaya qarşı təcavüz hesab edir.

0 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes