Yayım Tarixi: 14.10.2012 21:25
Azərbaycanlıların sıx yaşadığı Təbrizin İmam Cüməsi Cümə namazının xütbəsində Türkiyə Suriya məsələlərinə xüsusi diqqət yetirib.İslamazeri.az-ın Türkiyənin
"habername.com"
saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Müctehid Şəbistəri
Türkiyənin Suriya ilə müharibə ərəfəsində olduğuna işarə edərək
Ərdoğanın siyasətini tənqid edərək deyib:”Bir zamanlar Türkiyənin
islamçı baş naziri Nəcməddin Ərbəkan Ərdoğanla bağlı mənə maraqlı bir
açıqlama vermişdi. Onun açıqlaması bu idi ki, Ərdoğan gələcəkdə şərab
olacaq bir üzümdür”.
Türk xalqının müharibə istəmədiyini önə
çəkən Təbrizin İmam Cüməsi sözlərinin davamında deyib: “Ərdoğan bu gün
Osmanlının geri qaytarılması üçün çalışır. Ancaq bu, tam bir xülyadır.
Osmanlı dövrü bitib. Ərdoğan cənabları bilməlidir ki, bölgədə müharibə
başlasa, ilk növbədə Türkiyənin iqtisadiyyatı bərbad hala düşəcəkdir”.
ABŞ
və İsrailin Türkiyənin Suriya ilə müharibəsindən həzz aldığını önə
çəkən Şəbistəri deyib: “ABŞ və İsrail Suriyanın yıxılmasının
intizarındadırlar. Çünki Suriyanı yıxmaq İsrailin nəfər almasına zəminə
yaratmaqdır. Suriya İsrailin varlığı üçün ən ciddi maneələrdən biridir”.
Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!