ƏRƏBİSTANIN YENİ KƏŞFİYYAT RƏHBƏRİNİN ÖLDÜRÜLDÜYÜ XƏBƏRİ YAYILDI
49, Moscow, Russia

“Voltairenet”ə istinadən verilən məlumata görə, Dəməşqdə Suriya rəsmilərinin terror edilməsindən sonra Ərəbistan kəşfiyyat rəhbəri vəzifəsinə gətirilən Bəndər bin Sultan öldürülüb. Sözügedən sayt etibarlı mənbələrə istinadən onun terror edilməsini təsdiqləyib.

Qeyd edək ki, ötən həftə “alfajrpress” saytı Ərəbistan Kəşfiyyat İdarəsinin rəhbərinin müavininin öldürülməsi ilə bağlı xəbər yaymışdı. Bu gün isə bəlli olub ki, partlayış zamanı Bəndər bin Sultanın özü də ölüb. “Voltairenet” yazır: “Ərəbistan rəsmiləri təsdiqləməsə də, biz qeyri-rəsmi mənbələr vasitəsilə onun öldürüldüyünü dəqiqləşdirmişik.

Xatırladaq ki, iyulun 18-də Suriyada törədilmiş “Dəməşq vulkanı” adlı qanlı terror əməliyyatı zamanı Suriyanın 4 yüksəkçinli təhlükəsizlik rəsmisi öldürülmüşdü. Sonradan bəlli oldu ki, terror aktının arxasında bilavasitə CİA-nın adamı kimi tanınan, iyulun 24-də isə Ərəbistan Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə gətirilən Bəndər bin Sultan olmuşdur./Faktxeber.com/

1 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes