Qəzzə insan faciəsi astanasında
49, Moscow, Russia


Səhər.TV—Qəzzənin Enerji Nazirliyi yanacağın tamamilə tükənməsinə görə elektrik enerjisi verilməsinin dayandırıldığını bildirib.

Qəzzənin Enerji Nazirliyi bildirib ki, Qəzzənin yeganə elektrik stansiyasının yanacağının tamamilə tükənməsi ilə elektrik enerjisinin verilməsi dayandırılıb.
Qəzzənin Enerji Nazirliyi bu elektrik stansiyasına yanacağın çatdırılması əməliyyatının dayandırılmasında İsrail rejiminin məsuliyyət daşıdığını bildirərək, bütün ölkələrdən, xüsusilə də Misirdən istəyib ki, bu məsələnin birdəfəlik olaraq həll edilməsi üçün tədbirlər görsünlər.
Qəzzə hökuməti bildirib ki, bu məntəqəyə yanacağın verilməməsinin səbəbi mühasirədə olan sakinlərə təzyiq göstərmək və onları imtiyaz verməyə məcbur etməkdir.
Yanacaq qıtlığı və elektrik enerjisinin tamamilə kəsilməsinin ardınca Qəzzənin üzləşdiyi təəssüfləndirici vəziyyətlə bir vaxtda İslami Müqavimət Hərəkatı Həmas-a yaxın informasiya dairələri Qəzzənin mühasirəsinin gücləndirilməsi məsələsi ilə bağlı xüsusi iclasın təşkil edilməsindən xəbər veriblər.
Bu məlumata görə, Misir, İordaniya, Amerika və Fələstin Özünü İdarə Təşkilatı rəsmiləri 2012-ci il 27 fevral tarixində İordaniyanın paytaxtı Əmmanda Qəzzənin mühasirəsini gücləndirmək məsələsini araşdırmaq üçün iclas təşkil ediblərmiş.
Bu xəbərlə bağlı yayılan sənəddən aydın olur ki, bu iclasda iştirak edən tərəflər Həmas-a əlavə təzyiqlərin göstərilməsi və Qəzzənin mühasirəsinin gücləndirilməsi istiqamətində razılığa gəliblər.
Bu məlumata görə, iclasda diqqət mərkəzində saxlanılan əsas məsələlər Qəzzənin mühasirəsini gücləndirmək, Həmas-a təzyiqləri artırmaq və Fələstin Özünü İdarə Hökumətinin təhlükəsizlik məsələləri ilə bağlı İsrail rejimi ilə əməkdaşlıqlarını gücləndirmək olub.
Həmçinin, Fələstinin xalq hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə bildirib ki, Qəzzədə səhiyyə xidmətlərinin dayandırılmasına az qalıb və hər an fövqəladə vəziyyətin yaranması ehtimal olunur.
Fələstinin xalq hökumətinin Səhiyyə Nazirliyi Qəzzədə 500 xəstənin ölüm təhlükəsi ilə üz-üzə olduğunu bildirərək, xəbərdarlıq edib ki, yanacaq və elektrik enerjisinin olmamasına görə təcili yardım maşınlarının və tibbi cihazların sıradan çıxması Qəzzənin səhiyyə sektorunda dəhşətli faciədən xəbər verir.
Bu arada ağciyər çatışmazlığı üzündən süni tənəffüs cihazına bağlı olan 7 aylıq fələstinli körpə Məhəmməd Əbdülhəlim əl-Həlva elektrik enerjisinin kəsilməsi və cihazın dayanmasına görə həyatını itirib.
Sionist rejim 2007-ci ildən baş nazir İsmayıl Həniyyə hökumətini devirmək üçün Qəzzə zolağını mühasirəyə alıb, məntəqəyə yanacaq, enerji daşıyıcıları, dərman preparatları və ərzaq məhsullarının gətirilməsinə icazə vermir.

1 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes