Bu il 2,3 min belə fakt qeydə alınıb
Son illər ölkədə boşanma hallarının sayı durmadan artır. Çoxları bunun əsas səbəbi kimi sosial problemləri göstərir. Ancaq məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil.
Komitə sədri bildirib ki, bu qənaətə son 5 il ərzində aparılan araşdırmalar nəticəsində gəlinib: "2009-cu illə müqayisədə 2010-cu ildə boşanma halları daha çox olub. Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır".
Boşanmağa daha çox qadınlar ərizə verir
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda bağlanmış nikahların sayı boşanma hallarını 6,8 dəfə üstələyib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, bu, rəsmi göstəricilərdir. Qeyri-rəsmi nikahdan sonra boşananların sayını da bunun üzərinə gəlsək, vəziyyətin daha acınacaqlı olduğu üzə çıxar. M. Əzizova hesab edir ki, boşanmaların əsas səbəbi ailə zorakılığıdır: "Adətən qadının psixologiyasında öz ocağını dağıtmağa meyillilik olmur, o, uşağın atası olmasını istəyir. Yəni cəmiyyətdə onun barmaqla göstərilməsini qəbul etmir. Boşanmaya isə gedən tərəf çox zaman qadın olur. Bu addımı isə qadın həyat yoldaşı ilə birgə yaşayış mümkün olmadıqda atır. Kişilər isə çox nadir hallarda boşanma üçün ilk addım atır".
M.Əzizova boşanmaların digər bir səbəbinin erkən nikahlar olduğunu dedi: "İnsanın gərək həyat təcrübəsi olsun ki, münaqişələrdən qaça bilsin. Erkən yasda ailə quran qızların elə dövrü olur ki, münaqişələrə bəzən onlar özləri gedir, yəni hər deyilənə cavab qaytarılır, reaksiya verilir. Bu, tək kişi ilə deyil, qayınana və digər insanlarla da baş verir ki, bu da boşanmalara yol açır. Bununla belə, ana ola bilməmək və yaxud problemli uşaq dünyaya gətirmə də boşanmalara gətirib çıxarır. Hesab edirəm ki, durmadan artan boşanmaların qarşısını almaq üçün bu məsələ ilə əlaqədar sərt cəzaların tətbiq edilməsinin vaxtı çatıb. 2010-cu ildə "Ailə zorakılığı haqqında" Qanun qəbul edilsə də, hələ də lazımi addımlar atılmayıb. Təklif edirəm ki, Cinayət Məcəlləsinə ailə zorakılığı törədilməsinin qarşısının alınması üçün cərimələmə və ya azadlıqdan məhrumetmə cəzası salınsın. Yəni bu cür hallara yol verənlərə qarsı heç olmasa, bir neçə sutka cəza tətbiq edilməlidir ki, kişilər qadınlara növbəti dəfə əl qaldıranda, düşünməli olsunlar".
Xəyanət Azərbaycan ailəsində boşanmanın əsas səbəblərindən biridir
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə hesab edir ki, boşanma səbəbləri sırasında ilk yeri ailədəki emosional gərginlik, əsassız söz-söhbət, dedi-qodu tutur: "Azərbaycan ailəsində boşanmanın əsas səbəblərindən ən başlıcası xəyanətdir. Oğlana, ya qıza hansısa nömrədən SMS gəlir və bundan lazımsız söz-söhbət yaranır. Bu da, öz növbəsində, boşanmaya gətirib çıxarır. Gəlin-baldız, gəlin-qayın arvadı arasındakı söz-söhbətlər də çox vaxt boşanma ilə nəticələnir. Hesab edirəm ki, valideynlər ailə quran gənclərlə diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdır. Hazırda boşanmaya kişilərin pis vərdişləri (narkomaniya, alkoqolizm) də gətirib çıxarır. Hesab edirəm ki, ailəni qorumaq üçün bütün maneələrdən keçmək, ailəni qoruyub saxlamaq lazımdır"
cox sag ol twk.. *ROSE*
:-{} *ROSE* sen sag ol oxudugun ucun can
tewekur sen super sen
teşekkür elə sən də dost *DRINK*
dunya dagilr desek yeqin lap yerine duwer )
bu hele resmi melumatlardi ve qeyri-resmi nikahlari da hesaba alsan yuxarida gosterilen muqayisede deyiwiklik olar yeqinki
Bowanmaya sebeblerden: Oglanlarin "korlugu" (yeni gozu tutur ewqi vurur bawina deyir ele budu eee)
Qizlarin evvelki svgilisi ile goruwmesi (bawqasi ile evlenenden sonra "sevgi8sini subut" elemekden tru atilan addimllar ve bu yolda tedricen soyumalar ve s.)
Exlaqsizligin bewiyi olan Avropaya kor-korane meyl.
Islamin qoydugu olcuden cixan qadin azadligi ve bunun imi sadalanacaq bir sira wertlar
Xəyanət Azərbaycan ailəsində boşanmanın əsas səbəblərindən biridir...
Şerhe ehtiyac yoxdu; :-$
esas odur ki, oz yazdigina ozun emel eliyesen
Mən də eləcə də hamı əməl etməlidir,bu səhvlər heç biz bilmədən də başımıza gəlir,Amma uduzmağa çalışmayaq,Ailə qurduqda belə ehtiyatlı olmalıyıq.Oxuduğunuz üçün təşəkkürlər :-)
hemiweki kimi ideal blok.bu sohbetler onuda deyimki her iki terfdde olur.tek bir neferde gunah olmur
əlbəttə,günah hər iki tərəfdə olur,oxuduğn üçün tşklər *YES*
Gozel qeseng lap ela
*YAHOO* yessss,doğurdan da elə imiş,Təşəkkürrrrrr *YES*