Ana müqəddəsdir!!
33, Norilsk, Russia

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritlərini çəkib

ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlar.
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi
dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən düzər süfrəyə.
Uşaqlar stəkanlərı cingildədən qaşıqların səsinə oyanarlar ancaq.
Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi
ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə
oxşayar ! Nəhayət, açılar mürgülü gözlər... Gərgin bir gün başlayar yenə
də... İşıqlar yanar,sönər, əllər-üzlər yuyular...
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular. Qurtum qurtum çay,
dilim dilim qızarmış çörək, yağ pendir, dadından doyula bilməyən çiyələk
mürəbbəsi. Səhər yeməyi və hər kəs yola çıxar. İşə gedən kim, məktəbə
gedən kim... Hər birinin arxasından dualar oxuyaraq örtər qapını ana.
Gözü axşama qədər yollarda qalar. Evin səliqə-səhmanını, biş-düşü onun
ciynindədir. Elə isə çox gecikmək də olmaz. Hələ bir oğlana bax... Şalvarı
bir tərəfdə, köynəyi bir yanda... Bəs bu qıza nə deyəsən? Riyaziyyat
dəftəri evdə qalıb yenə... Müəllimi danlayacaq...
İndi də balacalar oyandı... Ən balacası, axşam qapının arasında qalıb
əzilən barmağını ğöstərir. Görünür ağrısı kecməyib hələ. Əyilib öpür ana
sevgi ilə. Balacanın üzündə dəcəl bir təbəssüm : “Bir də” - deyir. Yenə
öpür ana. Bəs necə? Övladın ağrılarına şəfadır ana öpüşü!
Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit
bir limandır ana ürəyi… Kədərinizə ortaq, dərdinizə çarədir ana…
Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursuz olun,
onun gözündə həmişə uşaqsınız.
Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən,
incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz. Bəli,
belədir ana. İndi onu daha hansı sözlə təsəffür edək, bilmirəm...
Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə siğmaz ana. Yalnız hiss
edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilmərsiniz. Gözlə görə
bilmərsiniz. Ona görə də cənnət anaların ayaqları altındadır.Ona görə də
ən uca məqamlarda çəkilir adı... Anaya “Of” belə demək günahadır.
Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs
bir əmanətdir. Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan
övladlar...
Uşaq dünyaya gələndə onun dünyada yaşaması üçün hər şeyindən
kecəcək olan bir mələk vardır, varlığını ona verəcək, daim onu düşünəcək,
onun üçün yaşayacaq. O mələk heç bir zaman onu tək qoymayacaq.
Bütün nəvazişi, sevgisi o körpənin üstündə olacaq. Sevgisiylə, ruhuyla,
cismiylə o körpəni böyüdəcək.
O mələyin adi Anadır, Ana...
Allah bütün anaları qorusun. Onlara uzun və xeyirli ömür, yaşam
qismət eləsin.
Bizi də onlara layiqli övlad etsin... AMİN!

12 skatījumu
 
komentāri
-FIDAN- 11.02.2015

AMIN INWALLAHHH

Natawa1 Natawa1 18.02.2015

Amin

KiMSeSiZ 11.02.2015

Amin... aminn

Natawa1 Natawa1 18.02.2015

Amin

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes