04.07.2014
Guzgu
37, Əzizbəyov, Azerbaidzhan

Hər şey o gündən sonra
başladı, güzgüdə gördüyüm o
üzdən sonra. Çox qorxunc idi, hələ də bəzi qüsurlar qalıb... Bir neçə il
əvvəl mənim 12
yaşım olardı. Evimiz çox kiçik
idi, amma tezliklə o evdən
köçəcəkdik. Balaca olduğum
üçün həmişə anamın çantasına girib əşyalarını qarışdıraradım. Sonra isə
saatlarla güzgünün
qarşısından ayrılmazdım, anam
neçə dəfə xəbərdarlıq esə də
fikir vermirdim. Əşyalarını
qarışdırdığım üçün yadıma gəlir anam üstümə acıqlanmışdı. Amma
12 yaşında
balaca bir qız uşağı üçün bu çox
əyləncəli idi. Yaxınlarda
anamın ad günü idi. Atamla
restoranların birində qeyd edəcəkdilər. O günü məni evdə tək
qoyub getdilər,
amma qonşumuza demişdilər
bizə gəlməsi üçün. Qonşumuz
məndən böyük idi. Hər zaman
evdə tək qalanda o bizə gələrdi. Saat axşam 11 olardı. Mənə -
qonşu tezliklə gələcək-
deyib qapını bağlayıb getdilər,
mən də kilitlədim qapını. Bir az
gözlədim amma heç kəs
gəlmədi, yəqin işi çıxıb deyə fikirləşdim, birazdan gələr. Evdə tək
qaldığım üçün
doğrusu biraz qorxdum.
Həmişə səs-küy olan ev bu
gün bomboş idi. Başımı qatmaq
üçün yenə anamın çantasını götürüb güzgünün qarşısına keçdim.
Anam mənə dəfələrlə
gecə vaxtı güzgüyə
baxmamamı desə də
əhəmiyyət vermirdim. Lakın
bu gecə başıma gələnlər bir də heç vaxt yadımdan çıxmayacaqdı. Nə
isə yataq
otağındakı güzgünün qarşısına
keçib üz-gözümü bəzəməyə
başladım. Heç üstündən 10
dəqiqə keçməmişdi ki, qapı döyüldü, elə bildim qonşumuzdu.
Qaçaraq qapını
açdım, heç kim yox idi. Çox
təəccübləndim, qapının
zənginin səsini eşitdiyimə
əmin idim amma. Qapını bağlayıb əyləncəmə davam etdim. Çox
əylənirdim, ta ki...
Saat artıq gecə yarısı olmuşdu,
nə qonşumuz var idi, nə də
valideynlərim. Artıq öz-
özümə qorxmağa başlamışdım. İşıqların birdən sönməsi
məni daha da
vahimələndirdi. Bir az otaqda
gözlədim yanar indi deyə.
Amma olmadı, mətbəxə keçib
şamı yandırdım. Mətbəxdə olarkən otaqdan qəribə səslər eşitdim,
amma səslər çox zəif
olduğu üçün fikir vermədim.
Şamı yandırıb otağa
qayıdırdım. Qapının yanına
çatıb açanda elə bil şamı kimsə üfürüb söndürdü. Çaşıb qaldım, biraz
da qorxdum doğrusu.
Şamı güzgünün yanına qoyub
mətbəxə kibrit dalınca
yenidən getdim. Kİbriti
götürüb yataq otağına çatmışdım ki, şüşə qırılması səsi eşitdim,
artıq öz-özümə
vahimələnməyə başladım.
Güzgünün qabağına çatanda
kibriti yandırıb şama tutdum.
Otaq az da olsa işıqlandı. Başımı qaldıranda güzgünün iki yerə
ayrıldığını gördüm. Az qala
dəli olacaqdım. Üzümü iki yerə
bölünmüşdü güzgüdə.
Güzgüdən baxanda arxamda
qaranlıq bir kölgə dayanmışdı. Qorxumdan qışqırmağa başladım.
Arxama çevriləndə
üzünü gördüm onun. Çox
qorxunc idi. Əlim şama dəydi,
yerə düşüb söndü, hər tərəf
qapqaranlıq oldu. Otağın bir küncünə keçib ağlamağa başladım.
Amma qaranlıqda
qıpqırmızı gözləri olan bir üzün
mənə tərəf gəlməsini görəndə
ağlımı qaçırdım, deyəsən
gözləri idi, qaranlıq olduğu üçün özü görsənmirdi. Qorxumdan
bütün bədənim
tutuldu, dilim qurudu, sanki
otaq başıma fırlandı, gözümün
qabağı qaraldı... Daha sonrası
yadıma gəlmir. Gözümü açanda xəstəxanada idim. Atam anam
başımın üstündə.
Nə qədər çalışsam da danışa
bilmirdim. Sadəcə baxdım və
yenə özümdən getdim.
Deyəsən 3 gün idi gözümü açmamışdım. Aylarla müalicə aldım.
Onlar da çox peşman
olmuşdular evdə məni tək
qoyduğuma görə. Psixioloji
müalicə alsamda dilim
açılmamışdı, artıq gecələr hər şeydən diksinməyə başlamışdım öz-
özümə. Molla
yanına aparandan sonra aydın
oldu ki, məni şeytan tutub, bir
neçə dua oxuyub yazdıqdan
sonra özümdə bir yüngüllük hiss etdim. Bir neçə gün keçdikdən
sonra dilim açıldı,
amma qüsurlar qlmışdı. İndi 23
yaşımın olmasına baxmayaraq
güzgüyə baxmağa çəkinirəm.
O gün gördüyüm isə dünənki kimi yadımdadı.

14 skatījumu
 
komentāri
GACT 05.07.2014

biy bu nedi...axsam vaxti oxudum...(Allah hamimizi ehayemizdeki seytanlardan qorusun!)

kisi-olun kisi-olun 06.07.2014

amin

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes