07.08.2011
Qifilbend
37, Əzizbəyov, Azerbaidzhan

O nədir ki sətir-sətir yoxlanar,
O kimdir ki dabanından oxlanar.
O nədir ki qəlb dolusu qoxlanar,
Lal könlümə həmdəm olar,dost olar.

O nədir ki tanış gələr çoxuna,
Xəyallardan ilmə-ilmə toxunar.
O nədir ki sidq ürəkdən oxuna,
Qəlbə yatan həzin nəğmə,tost olar.

O nədir ki özgəsindən sorulmaz,
O kimdir ki qaçar,qaçar yorulmaz.
Hansı hissdir biz tərəfə burulmaz
Başqaları daim ondan məst olar

O nədir ki işıq saçar,
O nədir ki bilən açar.
Hansı rəqəm noldan qaçar,
Birləşərsə on olacaq.

O nədir şair mədh edər,
O nədir qəlbi məhv edər.
O kimdir bircə səhv edə,
Gənc ömrünə son olacaq.

O kimdir ki əzəl olub,
O nədir şeir,qəzəl olub.
Nədir sonda xəzəl olub,
Sərv əyniniə don olcaq.
 

O nədir ki?,uzandıqca qısalır
Cavabını məktubunda yazarsan.
O nədir ki?,düşən canlar sozalır
Sözlə mənə surətini cızarsan.

O nədir ki?,bircə anlıq dayansa,
Bu dünyadan,arzularla köçərsən.
O nədir ki?,damarında yubansa,
Yarım qalan duyğularla köçərsən.

O nədir ki?,bircə dəfə alanda,
İki dəfə borclanırsan Allaha.
O nədir ki?, tərki iman olanda,
Bizi salır ağıl -almaz iştaha.

O nədir ki?, sürüm-sürüm sürünür,
Doğuandan ölənəcən qalınca.
Hara getsən, səndən əvvəl görünür
Kaş ölməyəm cavabını alınca

 

28 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes