mene bir nagil danish
37, Əzizbəyov, Azerbaidzhan

Mənə bir nağıl danış, o nağıllar aləmində vətənin ayrı düşmüş parçası olmasın. Mənə bir nağıl danış, o nağıllar aləmində Xocalı dərdi nədir bilinməsin. Mənə bir nağıl danış, itirən biz deyil, düşmənizim olsun, tarix boyu tapdalanan biz deyil, düşmənizim olsun.Mənə bir nağıl danış, o nağıllar aləmində olmasın varlı-kasıb. Mənə bir nağıl danış, elə bir nağıl ki, məmurlar yeməsin günahsız xalqın haqqını. Mənə bir nağıl danış, ordakı aləm də olmasın haqsızlıq.Mənə bir nağıl danış, o nağıllarda olmasın ata-anasız uşaqlar. Mənə bir nağıl danış, orada olmasın uşaqlarını atan vicdansız analar, ailəsini aclıqdan öldürən içib, gəzən vicdansız atalar. Mənə bir nağıl danış, olmasın orada həyat yolu uçurumlarla dolu olan uşaqlar. Mənə bir nağıl danış, elə bir nağıl ki, olmasın orada atılmış qoca ata-analar.Mənə bir nağıl danış, olsun orada sağlam cəmiyyət, arzulanan təhsil. Mənə bir nağıl danış, müəllim-tələbə münasibəti olsun indikindən fərqli. Mənə bir nağıl danış, orada olsun rüşvətə, pisliyə nifrət. Mənə bir nağıl danış, bir-birinə zərər vermək olmasın orada, hamı olsun orada həmrəy.Mənə bir nağıl danış, olmasın orada qorxunc müharibələr, günahsız insanların qanları. İtkin düşmüş kimsəsizlər, olmasın orada şikəstlik həyatına məhkum olan kimsələr. Mənə bir nağıl danış, olsun orada insanlar arasında sülh və dostluq, olmasın orada nifrətlər qazanmış silahlar, soyuq alətlər. Mənə bir nağıl danış, kimsə kimsənin malına göz dikməsin, azğınlaşmış insanlar Allah yazanı dəyişməyə çalışmasın.Mənə bir nağıl danış, olsun orada ALLAHa böyük sevgilər, ürəklərdən gələn imanlar. Mənə bir nağıl danış, olmasın orada dindən hansısa məqsəd üçün istifadə edənlər, adət-ənənələrlə insanlığa işəngə verən ayinlər. Mənə bir nağıl danış, kimsələr öz dininə görə olmasın təhqir, kimsələr öz dinlərinə görə etməsinlər müharibələr.Mənə bir nağıl danış, olmasın sonu ayrılıq olan sevgilər. Elə bir nağıl ki, o nağılda yer verilməsin xəyanətkarlara. Mənə bir nağıl danış, hər kəs layiqli xoşbəxtliyini qazansın, bir ömür boyu qəm-kədərdən olsun uzaq.Mənə bir nağıl danış, olsun bütün bu istəklərim gerçək. Kaş olmayaydı şər deyilən gerçək. Olaydı hər şey, hər kəs arasında bərabər...

10 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes