Korpe ile sohbet
36, Baku, Azerbaidzhan

Korpe ile sohbet

Hazırlaş gedirsən dedilər mənə...

Hara??? Mən axı getmək istmirəm dedim...

Sən dünyaya getməlisən..

Niyə axı... axı bura çox gözəldir.. axı mən buranı sevirəm dedim..

Səni çağırırar... getməlisən...

Kim məni çağırır???

Sənin var olmanı ən çox istəyənlər..

O zaman son sualımı verim... Bəs mən indiyə qədər harda idim..???

Ana bətnində - CƏNNƏTDƏ!! Dedilər..

Mən dünyaya gəldim... yoox yoox mən buranı istəmirəm, mənə cənnətimi verin
dedim ve bu halıma isyan edərək ağladım! və mən yazılmasa belə ilk günahımı dünyaya gəlməyə üsyan olaraq ağlayaraq qazandım.

Bəli əzizlərim, mənim imzamda ki, ilk günahımı işləmədən məni cənnətə atdılar cümləsi körpənin ana bətnində olduğu andır.

Ora cənnətdir.

Düşünün... sizi bətnində, içində gəzdirən, sizi yedizdirən, içizdirən, yaşadan biri var.

Heç kimisə qucağınızda saatlarla gəzdirdinizmi?

Heç axsayan birinə dayaq olub onu harasa apardınızmı?

O zaman gözəl anlayarsınız ki, sadə şəkildə biraz gəzdikdən sonra ay yoruldum dediyimiz halda içində bir varlığı gəzdirmək nə qədər çətindir.

Heç bir acı çəkmirsiniz, heç bir əziyyət çəkmirsiniz, yeyirsiniz yatırsınız, hərdən də təpik atırsınız....və sizi günlərlə içində yaşadan, öz canından sizə can verən biri var.

İndi siz deyin, bundan gözəl CƏNNƏT VARMI?

25 skatījumu
 
komentāri
Empirey 24.03.2011

ne tez oxudun?

Empirey 25.02.2011

tesekkurler

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes