SƏNLƏ TANIŞ OLAQ BİZ QANUN ÇƏRÇİVƏSİNDƏ
39, Baku, Azerbaidzhan




Yazaq gəl, ordan- burdan,soraq arada əhval,
"İşim var" deyəndə də deyək "Nolar, biraz qal".

Nə səndə can qalmamış,nə də,gülüm,məndə hal,
Sənlə tanış olaq biz qanun çərçivəsində.


Maddə-madə oxuyum səndə nizamnaməni,
Eşqim günah olarsa verginən qətnaməni.
Vur qoluma qandalı, dəyişəmməz ki, məni ,
Sənlə tanış olaq biz qanun çərçivəsində.


Ömürlük iş kəs mənə, olum sevdana məhkum,
Alnından öpəcəyəm qapat gözlərini, yum.
Cinayətə yolunda sevə-sevə qol qoyum,
Sənlə tanış olaq biz qanun çərçivəsində


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

4 skatījumu
 
komentāri
Lady 11.12.2017

*THUMBS UP*

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes