Çünki bir gün.... mən olmayacam...
24, Baku, Azerbaidzhan

Səni əsəbləşdirən, sualları heç bitməyən, hər sözdən bir məna çıxaran, səni hər kəsə qısqanan biri olmayacaq... Yersiz davalar edən lakin səhvin özündə olduğunu anlayanda “Bəlkə barışaq?))” deyən olmayacaq...

Çünki bir gün.... mən olmayacam...

Bütün gününü mənə ayırsan da səhəri gün “sən mənə heç vaxt ayırmırsan ee” deyən olmayacaq...
“Dünyanın ən şirin qızı sənindir bu həyatdan daha nə istəyirsən?” deyən olmayacaq...
“Dünyanın ən gözəl qızı səni sevir, sən isə bu pessimistlikdən əl çəkmirsən” deyən olmayacaq...

Çünki bir gün.... mən olmayacam...

Sən həyatın çətinliklərindən danışıb, ölmək istəyəndə “BİRLİKDƏ ÖLƏK!” deyən də olmayacaq...
Səninlə birlikdə bütün risklərə girib, sırf sən istəyirsən deyə günaha batan da olmayacaq!

Çünki bir gün.... mən olmayacam...

Sən acsan deyə səninlə birlikdə ac qalan olmayacaq...
Sən onu nə qədər incidirsən incit, hər dəfəsində səni bağışlayan olmayacaq...
Sən getmək istəyərkən belə səni tək bir sözü ilə geri qaytaran olmayacaq...

Çünki bir gün.... mən olmayacam...

Dünyanın ən gözəl yerlərini səninlə birlikdə görmək istəyən olmayacaq...
Sənin üçün özündən imtina edən biri olmayacaq...
Nə yalan deyim?! Səni mənim kimi sevən biri olmayacaq...

16 skatījumu
 
komentāri
YAGMUR-DAMLASI 20.01.2013

Nə yalan deyim?! Səni mənim kimi sevən biri olmayacaq...

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 20.01.2013

--------------------------------

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes