...HissLeR DanisHaNDa...
24, Baku, Azerbaidzhan

Batdıqca,batıram......Ağladıqca bitirəm.... Nəfəsim gedir ,amma gəlmir.....Hər nəfəsdə bitirəm..Ağlamadığım bir gün yoxdu....Həyatın bu qəddarlıqlarına dözürəm...Amma səbrim çatmır artıq..Gücüm tükənir... Danışıram saatlarla öz-özümə.. Niyə doğuldumki?! Niyə varamki?! Niyə sevilirəmki?! Niyə sevirəmki?! Axı mən dəyərsiz,ALLAHıma laqeyd olan bəndəyəm...Mən ki,cəhənnəmdə yanmağı həyatda yaşamaqdan üstün tuturam...Saatlarla düşünürəm,saatlarla ağlayıram...Sarılmağa insan axtarıram amma tapa bilmirəm...Ətrafımda bu qədər insan var amma özümü dünyanın ən tək insanı kimi hiss edirəm... Hər saniyə gülürəm..Təbəssüm hec vaxt üzümdən əskik olmur...Amma içim…İcim qan ağlayır ,üsyan qaldırır..Insanlara qarşı,haqsızlıqlara qarşı…Başa düşəcək bir insan yoxdu həyatımda..Dost deməyə çalışdığım,sayını,hesabını itirdiyim tanışlar var ətrafimda.....Çox sevdiyim biri var..Sevgili deyilik.... onun üçün “kiməm” onuda bilmirəm...Onun varlığı sanki,bütün olanları itirir gözümdə....Anlıq xoşbəxtlik gəlir həyatıma..və gedir...Heç kimə ürəyimdən keçənləri deyə bilmirəm “O”nun haqqında...Düzgün biri olmadığını deyir hərkəs...Amma onun necə biri olduğunu məndən başqa heç kim bilmir...Ailəm var,çox sevən ailəm ...Yaxşılığım üçün çalışan ailəm...Amma hər şeyi daha da betər edirlər bunu heç düşünmürlər...Gözümdən axan bu yaşları gormürlər..Bacarmiram,olmur heç nə olmur..Səbəbini bilmədiyim üsyanlar var içimdə...Bəlkə ağlayaraq dərdimi,keçirdiylərimi birinə danışsam,ağlasam keçəcək hər şey...Amma yox belə bir ehtimal yoxdu...Çox vaxt acılıyıram insanları...Incidirəm,canlarını yandırıram..Düşünmədən xətirlərinə deyirəm...Sonradan peşman olub saatlarca ağlayıram... Səhv etdiyimi başa düşürəm...Amma gec olur.. Canıma qıymaq istəyirəm... Hərşeyi bitirmək istəyirəm..Anliq bir ölüm...Intihar nədi ki, otağ,stol,ip...Yaxud da bir maşının qarşısına atılmaq...Hər şey öz əlimdədi...Amma bacarmıram....Yox ,qorxmuram ölümdən..Sadəcə mən öldükdən sonra olacağlardan qorxuram...Bu canım mənim üçün lazımsızdı amma çoxlari üçün dəyərliyəm... Amma istəmirəm dəyər vermiyin,sevmiyin məni....Bunlara layiq deyilləm...Mən düzgün biri deyiləm...Sevgi deyil canımı yandıran....Aktyor ve aktrisalardan ibarət bir filmdi canımı yandıran...Sona kimi gedə bilməyəcəm bunu bilirəm...Tək qaldığım an canıma heç qorxmadan qıyacağımıda bilirəm...Amma bacarmıram,bacarmıram...Canım yanır,və Ölümdən dəyərli heç nə olmadığını başa düşürəm...Sadəcə tükəndiyimi hiss edirəm...Diri-diri məhv olduğumu hiss edirəm...




270 skatījumu
 
komentāri
infinite-separa 10.04.2014

coox tesir edici sozlerdi

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 10.04.2014

Aha...
Özümə Məxsusdu.. *HI*

KoroLeva 10.04.2014

Çox vaxt acılıyıram insanları...Incidirəm,canlarını yandırıram..Düşünmədən xətirlərinə deyirəm..

Vaaau super elaaaa

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 10.04.2014

Çox Sağ Ol Tatlım.. *ROSE*

infinite-separa 10.04.2014

hee

YAGMUR-DAMLASI YAGMUR-DAMLASI 10.04.2014

*YES*

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes