Bu dünya nərdivandı.    (Nəriman Həsənzadə)
39, Baku, Azerbaidzhan

Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.

2 skatījumu
 
komentāri
aysu7 06.02.2014

Super çox beyendim...ellerive sağlık

pallet84 pallet84 06.02.2014

sağolun əzizim təşəkkür edirəm

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes