Niyə bikefsən?
39, Baku, Azerbaidzhan

Niyə bikefsən?
Hz. Adəm kimi cənnətdənmi uzaqlaşdın?
Niyə bikefsən??
Hz. İbrahim kimi oda atıldın? Niyə kefin yoxdur??
Hz. Zəkəriyya kimi mişarla kəsildin?
Niyə bikefsən???
Hz. Yusif kimi quyuyamı atıldın?
Niyə bikefsən???
Hz Muhamməd sallahu aleyhi ve sellem kimi Taif'də daşlandınmı, belinə içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik çəkdin, sevdiklərindənmi ayrıldın?
Niyə bikefsən???
Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?
Niyə bikefsən???
Hz. Abbas kimi qollarınmı kəsildi?
Niyə bikefsən???
İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?
Niyə bikefsən???
Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?
Niyə bikefsən???
Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?
Niyə bikefsən???
Yunus peyğəmbər kimi dənizəmi atıldın?
Niyə bikefsən???
Eyyub peyğəmbər kimi vücudunu yaralarmı bürüdü? Niyə bikefsən???
Nə düşünürsən, dünyalıq işlərmi?
Kədərlənəcəksən sə, namazını qəzaya saxladığın üçün, birinin qəlbini qırdığın üçün kədərlən.. Kədərlənəcəksən sə, bu gün Allah üçün bir şey etmədiyin üçün, . Fələstində, Suriyada və Dünyanın dörd bir yanında zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən.. Kədərlənəcəksənsə, bir kasıba yardım edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Afrika'da və digər ölkələrdə bir loxma çörək tapmayan, xəstəliklərə dözə bilməyən insanlar üçün kədərlən.. Kədərlənəcəksənsə, Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən.. Kədərlənəcəksənsə, Peyğəmbərimizin şəfaətinə nail olmamaq qorxusu ilə kədərlən.

16 skatījumu
 
komentāri
pallet84 25.02.2014

sagolun. ela gununuz olsun

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes