MƏN QƏRİBƏ BİRİYƏM.
39, Baku, Azerbaidzhan



Mən qəribə biriyəm bu qəribə həyatda,
Saxla sən bunu yadda!
Mən sizlərdən deyiləm, yiyənizsə də yiyəm,
Mən sizlərdən fərqliyəm...
Mən qəribə biriyəm bu qəribə həyatda,
Ola bilsin mən adda
çox olan bir adamlar,
bir ömrü yaşayanlar,
bu adı daşıyanlar,
Olmuş, olub, olacaq!
Lap tutaq ki, bu dünya eyni adla dolacaq...
Onlar mən deyiləm ki, mən qəribə biriyəm
bu qəribə həyatda.
Mən işıq sürətilə min illərlə ötüşən,
min ayətlə görüşən,
Üzünü görmək üçün,
Başına dönmək üçün,
uzun-uzun yol gələn,
Göyün sinəsin dələn -
yeddi qatın deşənəm.
... Zəmbil ilə düşənəm
bu dünyaya səninçün.
Ey yaranan mənimçün,
fəqət mənim olmayan,
Mən qəribə biriyəm...
Nə qədər ki, diriyəm
mən belə də olacam,
mən belə də qalacam,
mən belə də saralıb, mən belə də solacam.
Mən dəyişən deyiləm.
Mən əyişən deyiləm
xəyalından yad ilə,
Nolar məni yad elə.
Sən də məni ara, gəz,
Sən də çıx axtarışa,
sən də məni sorağla,
Necə ki, mən gəzirəm səni yalın ayaqla.
Necə ki, mən dəliyəm, sən də elə dəli ol!
Elə ol ki, mənim ol!
Sən də bir az başqalaş,
Sən də bir az mənim tək ağlını itirib çaş!
Mənə sübut elə ki, mən qəribə deyiləm,
Qəribə olan bizik,
Sadəcə ikimizik.
Bizdən törənəcəkdir bütün qəribəliklər.
... O şirin körpəciklər,
Bu qəribə həyatda bizə çıxan şəriklər
Yalnız bizdən olacaq.
Qəribə olan həyat elə bizlə dolacaq.
Qəribədir eləmi?
Dediklərim hər nədir, bəli, çox qəribədir.
Çünki, mən qəribəyəm, bu qəribə həyatda.
Saxla sən bunu yadda!
Mən sizlərdən deyiləm, yiyənizsə də yiyəm
Mən sizlərdən fərqliyəm,
Mən sizlərdən deyiləm.

6 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes