Mən sənə sevməyi necə öyrədim? ( Uzeyir Meherremli )
39, Baku, Azerbaidzhan

Dəli bir şimşək ol, gözlərimdə çax,
Qəmimdən boşalıb, sevincimdən ax.
Məndən istədiyin diləyə bir bax,
Mən sənə sevməyi necə öyrədim?

Könlümü üşüdən sazaq deyilsən,
Mənə mənim qədər uzaq deyilsən.
Sən körpə deyilsən, uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim.

Sınıq təbəssümün gülüş deyil ki,
Hər görüş mən görən görüş deyil ki.
Məhəbbət bir sığal, öpüş deyil ki,
Mən sənə sevməyi necə öyrədim?

Dinmirsən, sevgini dilindən tutum,
Saçını oxşayım, belindən tutum.
Yazı yazmırsan ki, əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim?

Baxışlar sevinib, göz gülməyibsə,
Ürəyin bir hicran, qəm bilməyibsə,
Dünyaya səninlə bir gəlməyibsə,
Mən sənə sevməyi necə öyrədim?

Bu gizli sevgidə hekayət nədir?
Kədərə bükülü səadət nədir?
Heç özüm bilmirəm məhəbbət nədir,
Mən sənə sevməyi necə öyrədim?!

10 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes