11.10.2013
maraqli...
25, Baku, Azerbaidzhan

* Yoldaşlıq bəzən bir çiçəyin böyüdüyü qədər uzun,bəzəndə qısadır.. amma əhəmiyyətli olan yenisini tapmaq deyil var olanı yaşatmaqdır..* Həyatına girərkən fərqli sandığın adamın,əslində digərləri kimi olduğunu tərk edilincə anlayarsan..* İki insanın yaxşı dolanması heç qüsursuz olmalarıyla deyil, bir-birlərinin qüsurlarını xoş görmələriylə təmin edilir..* Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar razılaşarlar..Hz Mövlana* Birini incitmək istəyən insan vicdanını susduracaq səbəb tapa,sonra isə vicdanı onu susdurar..* Dostundan bir cəfa gördünsə,onun min dənə VƏFAsı olduğunu Xatırla ..Hz Mövlana* Nə qədər fərqli olursa olsun,sənə aid olmayana tənəzzül etmə..Və nə qədər sadə olursa olsun sənin olandan əsla imtina etmə..* Ağızınızdan çıxanlara daim diqqət yetirin.Çünki bir sözü unutmaq, bir üzü unutmaqdan çox daha uzun zaman alar..* Paylaşacaq yaxşılıqların yoxdursa,əlində olan heç bir yaxşı şeyin mənasi yoxdu..* Nəqş edir ürəyimə İLAHİ bir qüdrət..Deyir ki,eyy qulum!.. İmtahanın RƏBBİN üçün,səbr et!* Nə xoşbəxt dilinə hakim olana, evi özünə geniş gələnə, etdiyi günahdan peşman olub ağlayana..Hz Məhəmməd* Bədbəxtəm deyə bəhanə arama..RƏBBİM o qədər gözəlliklər vermiş ki,Oyan da ürək gözünü arala..* Bəzən güldüm, bəzən ağladım. Həyatı yaşanar sandım, yanıldım. Üzümə gülənlərə həmişə inandım. Mən hər kəsi özüm kimi sandım...* 4 səhv 1 doğrunu aparır.Bu sadəcə qəbul imtahanlarıda belə olar. Amma həyat elədir ki,bəzən 1 səhv bütün doğruların canını alır..* Paltarlarınız köhnə də olsa, ürəkləriniz yeni və təmiz olsun..Hz Əli* Ehtiyac yoxdur hər sözü söz ilə bəyana. Bir baxış min danışar, baxışdan anlayana..Hz Mövlana* Bəlkə də yalançı insanlara bir təşəkkür borclusan..Sənə düz insanların dəyərini xatırlatdıqlaları üçün...* Yetkin insan gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən insandır...* İnsanın dəyərini varlığı deyil, yoxluğu göstərir. Yoxluğu heç nəyi dəyişdirməyən insanın, varlığına da ehtiyac yoxdur..* Qismət gələcəksə yun iplə də çəkərsən...Amma gedəcəksə əgər,zəncirlə bağlasansa da tuta bilməzsən..* İki üzlü dostun olunca,dəliqanlı düşmənin olsun..Heç olmasa dostun kimi arxadan deyil,dəliqanli kimi alınından vursun..* Həyatda əhəmiyyətli olan "ən çox şeyə sahib olmaq" deyil, "ən az şeyə ehtiyac" duymaqdır...* Həzrət Əlidən soruşmuşlar: -Bayram nədir?? Buyurmuş ki: - Günahsız keçən hər gündür...Elə isə hər günümüz bayram olsun İNŞALLAH..

14 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes