Sezmediyiniz weyler var..
27, Zaqatala, Azerbaidzhan

Bir dəfə yaşlı pişik balaca pişik balası ilə rastlaşdı.Pişik balası quyruğunu tutmağa cəhd edərək aramsız dövrə vururdu.Yaşlı pişik dayandı və tamaşa etməyə başladı. Pişik balası isə elə hey quyruğunu tutmağa çalışır, arada bir yıxılır, sonra qalxaraq yenə quyruğunun dalınca qaçmağa başlayırdı.
-Sən niyə israrla quyruğunu tutmağa çalışırsan?-yaşlı pişik soruşdu.
-Mənə dedilər ki,-balaca pişik cavab verdi-mənim quyruğum mənim xoşbəxtliyimdir. Bax, ona görə də mən onu tutmağa çalışıram.
Yaşlı pişik gülümsəyərək - bu işi bircə yaşlı pişiklər edə bilər-dedi:
-Bir zamanlar məndə sənin kimi balaca olanda mənə dedilər ki, mənim xoşbəxtliyim də, mənim quyruğumdadır. Məndə günlərcə quyruğumu tutmaq üçün qaçdım, qaçdım amma tuta bilmədim. Yemədən, içmədən ancaq qaçdım. Yıxıldım, durdum, sonunda bu fikirdən vaz keçdim. Sadəcə durmadan ayaqlarım yorulub lap taqətdən düşənə kimi getdim. Bilirsənmi birdən mə hiss etdim?
-Nə hiss etdin?-deyə ,pişik balası maraqla soruşdu.
Mən hiss etdim ki, hara getməyimdən asılı olmayaraq quyruğumda mənim arxamca gəlirdi...

P.S Biz hara getsəkdə xoşbəxtlik həmişə arxamızca gəlir. Onu axtarmağa, dalınca qaçmağa ehtiyac yoxdu o özü gəlib bizi tapacaq..

70 skatījumu
 
komentāri
YAGMUR-DAMLASI 25.01.2017

*THUMBS UP*

Lady 21.01.2017

*THUMBS UP*

Qraciano 28.01.2017

Xowbexdlik dilimizde asanliqla soylenilen cumledir amma ve lakin bu cumlenin mentiqi nokteyinezetden cavabini here bircur anlayir ve izah edir tek bir cavab var xowbextliye dair onuda cox az insan derk edir .

Elekber56 Elekber56 31.01.2017

Xowbextliyin cavabi yoxdur. Xowbextlik ele bir "hiss"dirki yawamalisan.. Axtarilmiyacaq qeder gizli, sezilecek qeder awkar bir hiss...

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes