Kəndi unutma (kənddən şəhərə gedib kəndi unudanlara)
27, Krasnokam'yanka, Ukraine

 Bir sırğa eyləyib as qulağından, Getmisən şəhərə, kəndi unutma. Atan nigarandır oxumağından, Getmisən şəhərə ,kəndi unutma. Ananın gözünə getməyir yuxu, Dəyir sinesine intizar oxu, Indi gedənlərin qayıtmır çoxu, Getmisən şəhərə ,kəndi unutma. Qara saçlarına qoyma əl dəyə, Kimsə sığal ceəkə ,nə də öpməyə, Qoru ismetini kəndə dönməyə, Getmisən şəhərə ,kəndi unutma. Yesən də şor-çörək ,gözü tox dolan, Tələbə həyatın sür yadda qalan, Yolunu gözləyir sevdiyin oğlan, Getmisən şəhərə ,kəndi unutma. Qardaşın zülmlə qazanır pulu, Səhv addım atarsan qırılar qolu, Yadından çixmasın kəndinin yolu, Getmisən şəhərə ,kəndi unutma. Kənddə olmamısan bayram ayını, Anan saxlayıbdı sənin payını, Bacın da gözleyir qayıtmağını, Getmisən şəhərə ,kəndi unutma. Savadin olubdu diller əzbəri, Məktəbə ilk addim atandan bəri, Elin gələceəyi, ay ümid yeri, Getmisən şəhərə ,kəndi unutma.

1 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes