Peygemberi gormek ucun dua
27, Krasnokam'yanka, Ukraine

 Peyğəmbəri (s) görmək üçün oxunan surə Mübarək “Həşr” surəsini oxumağın fəzilətləri çoxdur. Düşmənlərin qarşısında ondan bir qalxan kimi istifadə edilməsi tövsiyə edilmişdir. Bu surə insanın daxilində olan zülmətləri dəf edər və bizimlə Peyğəmbərin (s) və bizimlə İmam Zaman ağanın (ə.f) arasında olan maneələri aradan qaldırar. İmam Sadiq (ə) hər axşam beş surənin oxunmasını tövsiyə etmişdir ki, onlardan biri də “Həşr” surəsidir. Həzrət (ə) buyurur: “Hər kim bu surəni hər gecə oxuyarsa, həm Peyğəmbəri (s) görər, həm də zamanının İmamına (ə) çatar”. Bu surə hicabları aradan qaldırar. İnsan elə bir məqama çatar ki, Peyğəmbəri (s) və zamanının İmamını (ə.f) görər və onların feyzindən bəhrələnər. Bu mübarək surədə oxuyuruq: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18). Allah bizə əmr verir ki, Allahdan qorxaq və özümüzə ziyan vurmayaq. Özümüzü tanıyın, çünki nəfsiniz çox təhlükəlidir. Cəhənnəm atəşinin kürəsidir. Özümüzü bu kürədən bayıra çıxartmağa çalışaq. Allah buyurur ki, təqvalı olun, yəni özünüzü tərbiyə edin. Meyllərinizin qarşısına qalxan qoyun. Qoymayın ki, bu meyllər sizi bir heyvana çevirsin. Başqa bir tərəfdən isə əgər təqvalı olsanız, sabahı da düşünərsiniz. Çünki sizin əsl dünyanız axirətdir, həyatınızın sonu isə ölümdür. Hər kim gələcəyinə nəzər salarsa, orada azuqəsi olduğunu dərk edərsə, deməli özünü və şəxsiyyətini qurmağı bacarmışdır. Çoxları yaxşı insanlardır, ancaq yaxşı qala bilmirlər. Çoxları İmamın (ə) dəstəsinə qoşulmuşdu, ancaq axıra qədər davam gətirmədi. Niyə? Çünki özlərini tərbiyə etməmişdilər, şəxsiyyətlərini qurmamışdılar. Onlar düşüncə əhli deyildilər. Bu ayə ona işarə edir ki, yaxşı olmaq meyar deyidir, yaxşı qalmaq meyardır. Ona görə də düşünərək və təfəkkür edərək, özümüzü tərbiyə etməliyik. Mənəviyyat axirətimiz üçün faydalı olduğu kimi, dünyamız üçün də faydalıdır. Cəmiyyət hər nə qədər irəli gedərsə-getsin, qəlbi rahat olmaz. Bu gün ruhi xəstəliklərin artmasının səbəbi də elə budur ki, insanlar mənəviyyatlarından uzaq düşüblər. Çünki qəlblər ancaq Allahı yada salan zaman rahatlıq tapar. Ona görə də Allahı yada salıb, bu surəni hər axşam oxumağa çalışaq. Bu surə bizi İlahi qürbə yaxınlaşdırar və Peyğəmbərin (s) sevgisini qazanmış kəslərdən edər. Bu surəni oxumaqla yanaşı, onun mənalarına da diqqət edək ki, nəfsimizi bizə tanıtsın və onun meylərindən uzaq olmağın yollarını bizə öyrətsin.

5 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes