20.01.2014
SeVGi NeDiR
27, Krasnokam'yanka, Ukraine

Sevgi və eşq üzərinə bir çox şey yazıldı bu günə qədər. Məncə sevgi sevdiyin insanı hər şeydən önə qoya bilməkdir. Mən yerinə həmişə sən deyə bilməkdir. Hər şeydən əvvəl onun xoşbəxtliyini düşünmək, onunla keçən saatların bitməsini heç bitməsin demək, ayrıldığın saniyədən etibarən darıxmaq, ürək atışlarındakı ritmin artımı, çətinliyində sevincində yanında ola bilmək, sevgilisinin varlıgıyla qürur duymaqdır... Sevgi sözünün həyatın ən təmiz anı kimi, dənizin dalğasının gözəlliyi kimi, quşların baharı sevməsi kimi cümlələrlə yaşanması lazım olan bir insan ürəyinin damarları kimidir insan saf sadəlik gözəllik verir, sevən bir insandan soruş baxaq görək nələr deyir sevgi haqqında, qabağına keçilməz bir duygu ucu bucağı görülməz bir həyatdır deyər bəli sevgi üzərinə illərsə bir çox şey deyilmiş, sən ola bilmək, sevgi cana can qatmaq ,canımdan can ,qanımdan qan ola bilmək ,səni sevirəm deyə bilmək minlərlə dəfə yüzlerce dəfə səni sevirəm deyə bilməkdir sevgini qurtum qurtum su kimi içə bilmək tökməmək lazımdır sevgi bu sevər sevdirər sevgidir . Sevirsinizsə sevginiz üçün elenden gələni edin sevgidə qürur olmaz susmaqsa susun pis sözdən qaçının razılaşın danışın problemləri sevgi içində həll edin sevgini unutmayın atmayın bir kənara. Sevdiyinizə əsəbisiniz tamam haqlısınız amma bu insanı sevirsinizsə qışqırmadan əvvəl hirslənmədən əvvəl 7 dəfə dərin nəfes alın və onu sevdiyinizi xatırlayın geri dönüşü olmayacaq sözlər sərf etməyin bu sevginizi puç edər və kədərlənərsiniz sevgini tapmaq o qədər çətindir ki, mələklərə verilmiş bu vəzifəs hər kəs tapa bilməsin deyə ürəklərinin içinə qoymuşlar yəni bu sevgi sizin ürəyinizdə ürəkli olun sevginizi sevdiyinizi üzməyin qırmayın və bunu bilinki o sizi sevir daha çox sevmək isitiyir.Sevginize qarşılıq inan sevgi görərsiniz .Sevgidən zərər görülməz,sevərkən sözündə durmaq,yalan danışmamaq, sevdiyimizi aldatmamaq, küsdürməmək lazım. Aynaya baxdığınızda siz onu görün,oda sizi mütləq görər, bunu unutmayın sevgi sizin ürəyinizdədir….. Sevmək inanmaq Sevmək yaşamaq Sevmək bir olmaq Sevmək tək bir ürək Sevmək birlikdə getmək Sevmək paylaşmaq Sevmək gözləmək Sevmək səbir Sevmək sevməyi bilmək Sevmək layiq olmaq Sevmək gözyaşı Sevmək sonsuzluq Sevmək zəhmət istər, bütün sevən və sevilənlərə gözəl sevmək və sevilmək diləklərimlə  

41 skatījumu
 
komentāri
Ciara 20.01.2014

Sevginin nə olduğunu bilirəm, ona görə də oxumadım, çünki sözlər bir birinə çox sıx, aralıqlarsız yazılıb, biraz yorucu gəldi, ancaq harda ki, sevgi mövzusu var, orda həmişə Like var ) +5 məndən..

VoRaM-ZoRaM- VoRaM-ZoRaM- 20.01.2014

twk

Yasamal4ik 30.01.2014

Bu günün cılız sevgisinə hirslənib, smslərinə cavab gəlməyəndə darıxıb “Sevgi yoxdur!” - Deyənlərə, sevgiyə layiq olanlar üçün sevgi həmişə var, olacaq da...
Sadəcə o sevgi hamıya rast gələcək deyə bir qanun yoxdur. Amma istənilən halda o mövcuddur.
(Bəndələrinin ona inanıb-inanmamasından aslı olmayaraq var olan Allah kimi) Onun uğrunda ölməyə və daha çətini-yaşamağa dəyər..

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes