Biz sənə inanır ibadət edərik
Sənə tövbə edib,əfv diləyərik.
Yalnız səndən kömək,yardım istərik
Sənin yardımına ehtiyacım var.
Rizan üçün namaz qılıb,oruc tutarıq,
Savab qazanmaq üçün yaxşılıq eyləyərik.
Səni xatırlayıb,yalnız səni bilərik,
Sənin yardımına ehtiyacım var.
Bu günə qədər səni tanımışam mən
İndiyə qədər sənə inanmışam mən
Sənə inanıb səni anmışam mən
Sənin yardımına ehtiyacım var.
Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!