Sene Mektub  Yaziram
33, Baku, Azerbaidzhan

Sənə məktub yazıram Yazıram ki, bağışla… Burda hava pis keçir Ara vermir yağışlar. Tək yatıb tək durmaqdan Bezdirmişəm otağı Bilirsən.. pinti olur Yalqızların yatağı. Yalqızlar az yuyunur Gəlir yalqızlardan iy Çayları soyuq olur Yeməkləri alaçiy. Çirkli ayaqqabılar… Dibi yanmış qazança… Bir qırıq da ümid var qayıdacaq haçansa… Yalqız sabaha baxmır Arzulayır keçmişi Çox miskin mənzərədir Ev yığışdıran kişi. Hələ bunun gecələr içib ağlamağı var, saçın daramamağı saqqal saxlamağı var. Üstəgəl pəncərədən Gözünü yola dikmək Gəlməyini gözləmək Qadın həsrəti çəkmək. Dərd ağır, hava da pis. Ara vermir yağışlar. Sənə məktub yazıram Yazıram ki, Bağışla…

5 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes