Blogs


kingleon
30, Yasamal, Azerbaidzhan

Mənim itim var amma zəncir yox

Qalxanım var amma xəncərim yox
Variymış atım nalları yox
Belimdə cinlər mələyim yox
Ev eşiyim həyat yoldaşım yox
Maraqlı ömür amma yaddaşım yox
Dərvişəm mənim sirdaşım yox
Cahannan çıxan sözüm sınaqdır

Mənim saqqalım var imanım yox
Bu gün yaşıyıram sabaha gümanım yox
Qaynayır qazan qapağımız yox
Var qeyrətimiz papağımız yox
Qarnımız doyub gözümüz yox
Hamı günahkardı özümüz yox
Torpaqları qaytarmağa ... ƏŞİ NƏYSƏ

Ayağlarım qırıldı dəryada qaldım
Həqiqəti bazarda böhtana satdım
Bəlkə fil qulağında göz açıq yatdım
Sevgi qazandım dərdlərim artdı

Mənim sualım var ona cavab yox
Mənim günahim var amma savab yox
Kürəyimdə ağırlıq amma əzab yox
Cahandan çıxan sözüm sınaqdı


ƏZİYYƏTƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ ŞƏRH YAZIN


22.01.2015
kingleon
30, Yasamal, Azerbaidzhan

Məktəb qızları maşınlara göz eyliyir

Sonra dubay ağlıyır Bakımız gülümsüyür
Bir cüt zina edib valentini bizik qeyd edən
İndi playboy çox oxunur nəyinki quran
Fa...şələr və m..vilər olur xalq artisti
Bədnamlıqdan lap yerə soxdum başımı
İncəsənətə çobanlar qiymət verir
Müəllim maaşı yalnız metro jetonuna çatır
Qonşu arvadı şalvarda qaldıq söyə-söyə
Öz evimizdəysə yupkamız dəymir gözə
Eşq olsun vətənpərvər oğullarımıza
Ya qarabağ ya ölüm dedik güzgümüzə
Xadimə işleyir ali təhsilli qızlarımız
Küçədə dilənçi durub Qarabağ əlillərimiz
Əkələr göydələndə ziyalı daxmada qalır
Bunu ismətim mənə diyir və məni didir




ƏZİYYƏTƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ ŞƏRH YAZIN


kingleon
30, Yasamal, Azerbaidzhan

Qədim küləklər diyarı, bu gün fantan şəhəri

Cəmiyyətin idealogiyası pul çox olsun dərdi
Boş küçələrə vakansiya dilən sülən işdə
Günü bu gün bu sözlərdən məni azad edin
Bu dünya bir teatr və əsas qəhrəmanlar
Obama, Corc Buşlar və saxta Klintonlar
Partladı göydələnlər doğuldu HİLTONlar
Yalanlar yalanlar məni azad edin

Planetimiz açıq fəzada özümüz amma qəfəsdə
Siz süvari biz piyada gücümüz amma çox üstdə
Axan axına tərs əsl tənqid olan söz üstə
Biz verərik saxta tərifdən məni azad edin

Ölkəmizədə günəş düşür amma hələdə qaranlıqdı
Verilən vəd və islahatların ömrü cəmi bir aylıqdı
Kim yaşıyşr villada kimdə dəmir barmaqlıqda
Sıxılır ürəyim bu dəhşətdən məni azad edin



ƏZİYYƏTƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ ŞƏRH YAZIN.


kingleon
30, Yasamal, Azerbaidzhan

Müasir ölkədən danışmayın siz,
Əcəb mentalitet qorunmaqdadı.
Dünən qızlarımız oxuyurdusa,
Bu gün qızlarımız soyunmaqdadı.

Tarixi unutduq gələcək gəlir,
Qanımız misqalla sorulmaqdadı.
Pozğun qadınları anladıq amma,
Bu gün kişilər də soyunmaqdadı.

Beyində elm yox, məqsədi fərqli,
Günəş utandığından qızarmaqdadı.
Savadlı gəncliyim təhsil evində,
Sahildə min hoqqa çıxarmaqdadı.

Qarnı tox, gözləri ac olan insan,
Bu millət tox olub doymamaqdadı.
Ərlər fəhləlikdə çörək dalınca,
Gəlinlər qeyrətlə oynamamdadı.
Mollamız manatla Quran oxuyur,
Satıcı çəkidə atmağındadı.
Qadınlar evində körpə böyüdür,
Ərləri oteldə yatmağındadı.

Mənliyi, qüruru atıb kənara,
Vicdanı çirk pula satasatdayıq.
Adını Avropa qoyub hər şeyin,
Biz indi qeyrətdən batabatdayıq.


24.10.2011
kingleon
30, Yasamal, Azerbaidzhan

Hər günüm eyni marağsız vaxt keçir

Tanıdığım insan salamsız düz keçir

Bezmişəm hər şeydən həyat gəlir mənə dar

Şükürlər olsunki yaxşıki qız var

Qız məni dinləyir dərdimə şərik olur

Mənsiz darıxır gül tək solur

Hər gün bir yerdə hər yerdə bir yerdə

Bütün kədərli anlar sanki qaldı geridə

Məni çox sevir birdəki mənə çox inanır

Peşmansan başqa qıza baxasan qısqanır

Bir dəfə iki dəfə axırda qırğın

Qızla elə vuruşur gücüm çatmır ayırım

Get gedə bu qızla maraqsız vaxt keçir

Sabahsı gün yanımnan başqasıyla keçir

Bezmişəm qızdan sevgi gəlir mənə dar

Şükürlər olsun yaxşıki dost var

Dostumu heç kimə dəyişmərəm

Dostum ağlasa ağlayar gülsə gülərəm

Hər zaman bir yerdə hər yerdə bir yerdə

Hər şey ortada aramızda yox pərdə

Pul məndə…


kingleon
30, Yasamal, Azerbaidzhan

Pisini tanıyaraq yaxşısınıda bil

Hamı bilir var dəvədən böyük fil
Özünü yüksək tutan elə bilir hamı zibil yox
Özün ac sevgidən tox
Tapdıq tapacayığ canlı istirab
Heç nədən qorxmayan qıvrılan əzab
Gümüş rəngli qara niyyət niyə
Üstü qırmızı pərdəylə örtülmüş xəyanət
Göz yqşını tökmə dama dama göl olar
Tikən evi sökmə sökülmüşləridə var
Özünü oxşatma sən iblis ilə tanrıya
Bax sənə göz vurur hər səni tanıyan
Şirin dadlı istklərlə vermisənki tam
Buda haqqın yalana çevrildiyi məqam
Zərif məxluq görkəmində təzahür edən şər
Sümükləri silkələdən şər, anti-bəşər
Qorxan gözə çöp düşər gözümdə çöp çox
Suallara cavab ver! Ya hə de ya yox
Olmasın qismət kiməsə belə həyat
11 günnən biri mənalı olur oda narahat


kingleon
30, Yasamal, Azerbaidzhan

Hörmətli hakim mənə toxunmayın

Yaşıyım dörd divar arsında
Həyat daha sakit dahada mülayim
Zindan qapıları arxasında
Br dostum var idi (...) çıxdı oda
Yaşadım dörd divar arasında
Hər kəs tanıyır yerimi burda
Zindan qapıları arxasında
Avara keçibdi mənim uşaqlığım
Atam anamda əlimnən zara gəlib
Sənə uzun ömür can sağlığı
Mənim həyatımsa qara gəlib
Hörmətli hakim mənə toxunmayın
Yaşıyım dörd divar arasında
Həyat daha sakit dahada mülayim
Zindan qapıları arxasında


kingleon
30, Yasamal, Azerbaidzhan

Ey cibi dolular, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar,
Ey qeyrət damarı kəsik gədalar,
Peysəri qatbaqat iddialılar,
Görən, olacaqmı sümürdüyünüz
Bu millət qanından doyan gününüz?

İp həmən o ipdir, halqa o halqa
Köhnə yolunuzla getdiniz yenə.
Qismətə şükr edən bu yazıq xalqa
Ümid yedirtdiniz çörək yerinə.
Sizin bir haqqınız, xalqın min haqqı,
Yoncanı gözlədik, bitmədi yazda.

Sizin yediyiniz millətin haqqı,
İlişib qalmadı boğazınızda.
Yeyin tısqırınca, yeyin ölüncə,
Bu millət əriyib çöpə dönüncə.

Ümid yeyə-yeyə hələ gözləyir,
Bu millət götürür hər cür zilləti.
Hələ ki, dinməzcə o, ümid yeyir,
Siz də bala-bala yeyin milləti.

Millətin qanıdır sərvətin, varın,
Siz öz kefinizdə, məmləkət darda.
Gecələr…


kingleon
30, Yasamal, Azerbaidzhan

Bu sözləri anlamağa başlayanda

Yadına düşməyəcək necə balaca idin
Sən 10 aylığşnda ilk addımlarını atanda
Mən sənnən kilometrlərcə uzaqda idim

Gözümün qabağında ötür anlar böyüyürsən
Bu dünyanın sevincisən özüdə böyüyündən
Sən həm ən kiçiyimsən həmdə ən böyüyümsən
Nədir ixtiyarımki çıxım sənin sözündən
Nə qədər çətin olsada gecələr oyanmaq
Çox xoşdur yatarkən başın üstə dayanmaq
Bu çox çətin peşədir valideyn statusu
Və bunu olmur sadəcə qazanmaq
Qızım bax ağlama götür bu oyuncağı
Bax o qırmızı yada gələ bu ağı
Mama gəlir gəl tez qaçaq gizlənək
Vay vay vay nə günə saldıq biz bu otağı
Sənin hər addımını sənlə bərabər bizdə
Atırıq dayanırıq əl çalıb alqışlayırıq
İnanılmaz və izah edilmız hisslərdir
Çox xoşbəxtik ki biz bu dünyada yaşayırıq

İnsanlar sevir qaçmağı olduğu…


kingleon
30, Yasamal, Azerbaidzhan

Növbəti rep giriş qapilarini sülüş

Sözlərim çoxdu dilimdə bişmiş

Elə bir dərviş elləri gəzmiş

Mənim sözüm keçmir saziş

Nə qədər xanlığ nə qədər sağlığ

Yerlibazdığ yeri qazdığ repi yazdiğ

Xaricdə bizimkilər olublar peyda

Eməni adını alıblar qeyda

Bunlar bol boldur

Dolu dolu doludur

Süz doldur doldur doldur azdır

Bakılı Naxçıvanlı yeraz və qırazdı

Sırası böyükdü çoxsu yerlibazdır

Bakı kəndinə gəlir gündə bir toxum

Hamısı qohum gündə bir doğum

Müqavilələr toyda və soyda

Tayfa çoxalıb olurlar boyda

Deyirlər Robert Köçəryan Qarabağlıdır

Onda elə çıxır o AZƏRBAYCANlıdır


Doğulduğum yer,məkan,şəhər ya da kənd

Fərqi yox yerlipərəstliyi elə rədd elə

Hər kəsənin doğulduğu yer doğum evi

Hər kəsə ilk dəfə dəyən əl həkim əli

Hə hər kəsə marağlıdır kim haralıdır

İndi çətin bu sualdan…


Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes