19.08.2015
Ümidlər
25, Sumgayit, Azerbaidzhan

-ümidlərƏn böyük əzab tərk edilmək deyil, aldadılmaq deyil, darıxmaq heç deyil; ən böyük əzab, gedərək böyüyən boşluqmuş. Ən böyük itki sevib, sonda kimi sevdiyini anlaya bilməməkmiş. Dəyər verib layiq olmadığını qavramaqmış. Könlümdəki uşaq susdu və mən kənara qısıldım, çarəsizəm. Sürətli dağ çayı ikən dayandım. Uşaq ürəyimlə böyük sevgilər yaşayarkən adam oldum, amma uşaq tərəfindən sevgilər qazana bilməyən oldum. Hər vuruşundan sonra yaşadığım müvəffəqiyyətləri unutdum, daha da batmaqdayam. Qan qusuram, lazım olan heç bir yerdə deyiləm daha. Bir itkin zaman yaşayıram.Yadlaşıram bu şəhərdə, bir yanıq baramayam, dirilib ölürəm, öz dünyamda səninlə yaşayıram. Günün ilk işıqları, sənin bədənin kimi yatağıma düşür, mən titrəyirəm, halbuki nə çox sevərdik bu işıqları. -ümidlər -ümidlərYeni bir gün, yeni bir ümid demək idi bizim üçün, sevdamızı ümidlərlə naxış kimi toxumuşduq xəyallarımıza. İçimizdə həmişə başqa biri var başqa dünyalar ümidlər və eşqlər, gecə və gündüz kimi, bir almanın digər yarısı kimi.Əskik qaldım indi sən gedəndə. Gülüşün ümid, baxışın xoşbəxtlik idi, getdin, payızda ardına baxmayan leylək kimi. Halbuki çaylar qurmuşduq sonunda okeanlar, incilər çıxardar, ağlayan uşağın qəmzəsi olardıq saf və duru. İtdin, gülüşlər həmişə saxta. Uzaqdasan, ulduzların da kənarında ürəyimi sökdün gedərkən görürsənmü halımı. Həyasız gecələrdə içdiyim şərabıma çörək, ürəyimə liman, payızımda əsən şirin külək idin, üzümə təbəssümlər əsdirərdin. Bir can olmaq idi səninlə məqsədim, dağlar sahibsiz, evsiz insanlar , sevmənin əvəzi unudulmaqmış. -ümidlər -ümidlərHər şeyim sən idin,yerim-göyüm,arzum,istəyim sən idin.Artıq dözə bilmirəm və ayrılıram.Arzularımın nə vaxtlarsa ümidləndiyi yerlərdən ayrılıram.Arzularımın uyuduğu,xatirələrimin lövbər saldığı arzulu yerlərdən ayrılıram.Səninlə qəfil ayrıldığım kimi,arzularımın uyuduğu yerlərlə də qəfil ayrılıram.İstəmdən ayrılıram.İllərlə zəhməd çəkdiyim,qan tər tökdüyüm o müqəddəs xatirə dünyamla,arzu dünyamla,sənli dünyamla ayrılıram.Səndən heç bir kömək ummadan,heç bir imdad diləmədən ayrılıram.Gözüm baxa-baxa,qəlbim yana-yana ayrılıram,göz dağımdan səndən ayrılıram.Dünənimdən ayrılıram,bu günümdən ayrılıram,bir də bu yerlərdə mənim üçün açılmayacaq sabahımdan ayrılıram.Bilirəm ki,getmə demiyəsən,qal mənimlə demiyəsən sən axı məni heç sevəməmisən.Onsuzda məhəbbətinə inanmırdım,qədərimə inanmırdım.Bilirdim ki,bir yel əsən kimi yerlə-yeksan olacaq,məhv olacaq.Məni tutan əllərin boşalacaq,sevirə sözün deyən o dilin susacaq.Özüdə əbədi susacaq mənim üçün.Onsuzda məhəbbətinə inanmırdım.Onun üçündə səni hər şeydən qoruyurdum ki,getmə.Amma bir şeyi unutmuşdum heç kim yox mənim sevgimin qatili elə sən özün imişsən. -ümidlər -ümidlərMən sadəcə səni istəyirdim heç kəsi yoxki?? Mən səni istəyirdim..İstəyirdimki ancaq mənim olasan..Yalnız mənə məxsus olasan..Bəlkə mən çox bir şey istədim səndən,ammaki istədim səndən bunu mən..Mən sadəcə səni istəyirdm heç kəsi yoxki?Mən sadəcə sənin qoxunu , sənin o soyuq cismini istəyirdim heç nəyi yoxki?Mən sadəcə səni sənlə keçirdiyim o günləri istəyirdim səni istəyirdimki yenidən yaşaya bilim o ötən xoşbəxt günləri..Mən sadəcə səni istəyirdim heç kəsi yoxki Mən sadəcə səni o isti nəfəsini istəyirdim heç nəyi yoxki? Mən sadəcə sənlə keçirdiyim o soyuq gec’ləri istəyirdim.. Heç nəyi yoxki?? -ümidlər

8 skatījumu
 
komentāri

Pašlaik nav neviena komentāra
Atstāj komentāru, un uzsāc diskusiju!

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes