[usernames]'s blogs

JuJu
25, Sumgayit, Azerbaidzhan


Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir.Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün”dür.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə…


Son dəfə mənim olsan,oyansam yanında.
İtsəm gözlərinin dərinliyində,
Son dəfə oxşasam telini isti qoynunda,
Gülümsərəm həyata və xoşbəxtliyə .




Məhəbbət köksümdə cırpınan ürək
Bunu həqiqətən yaşamaq gərək
Canımı tezliklə alsada fələk
Mən səni sevməkdən vaz kecmiyəçəm


18.03.2015

İnanma Mənə

Mən biraz əsəbi,biraz dəlisov,
Desəm ki,sevmirəm,inanma mənə.
Gəl dəli şeytanı ürəyindən qov,
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə


Sən mənə hər dəfə sual verirsən:
Mən səninçün kiməm?Nəçiyəm? Nəyəm?
Mən də istəyirəm cavabın deyəm…
-Sən mənə həm “Sən”-sən,həm dəSənsizlik”…
Sən mənimçün “Sən”-sən ona görə ki,
Səndən başqasını sevə bilmirəm…
“Sənsizlik”!
Bu da o deməkdir ki,
Görmək istəyəndə, görə bilmirəm…
Əhvalın necədi? Halın necədi?
Bilmək istəyəndə,bilə bilmirəm…
Ağlayan zaman da yanında olub,
Gözünün yaşını silə bilmirəm…
Mən sən olmayanda gülə bilmirəm!
Bax, bütün bunların bir səbəbi var;
“Sənsizlik”…
“Sənsizlik” səninlə mənim aramda
Keçilməz sərhəd tək dayanıb axı?!
“Sənsizlik” hicranı qısalda bilmir…
Ayrılıq müddəti uzanıb axı?!
Bax…
Bütün bunlara baxmayaraq da,
Sənsizlik özü də əzizdir mənə…
O da “Sən” sözündən yaranıb axı?!
O da “Sən” sözündən yarandığıyçün,
“Sən”-i də sevirəm, Sənsiz”-liyi də…
Məni “Sənsizli”-yə qısqanma, nə olar…
“Sən”-i də sevirəm, “Sənsizli”-yi də…
“Sənsizlik” olmazdı ,”Sən”olmasaydın!
“Sən”-i də sevirəm, “Sənsizli”-yi də!



Gözlərimdə yaş könlümdə qəm
Ona şeir yazdı qələm
O söylədi ''mən sevirəm''
Yenə onu unutmadım


Bir həmdəmim oldu sükut
Başım üstı durdu bulud
Hamı dedi onu unut
Yenə onu unutmadım


Dedilər ki yanma ona
Düşdüm həsrət ocağına
Nişan taxmış barmağına
Yenə onu unutmadım


Dinlə məni əsən külək
Ötən bulud əsən külək
Hicranına yanır ürək
Yenə onu unutmadım



..alınmayacağını bildiyin halda danışarsan bəzən..mümkün olmadığını bildiyin halda..hər böyük səhvimiz də elə həmin “bir dəfə ilə heçnə olmaz” düşüncəsi ilə başlayır… “danışsam nə olacaq ki ?”..uzaq başı dost olarıq.. zaman keçir..zamanla narkoman kimi aludə olmağa başlayırsan..hər gün daha çox, daha çox danışmaq istəyi..danışdıqca hiss etdiyin xoş hisslər səni asılı vəziyyətə salır..sonra bir gün gerçəklərin şilləsi dəyir üzünə..ayılırsan..axı..axı mən bu qədər çox irəli getməyi planlamamışdım ?! mən belə istəmirdim.. və birdən birə ayrılmağa qərar verirsən..əlində“mən səni incitmək istəməmişdim”bayrağı ilə çıxırsan qarşısına..“bura qədər idi”..ya da başqa bir bəhanə ilə..necə yəni incitmək istəməmişdim?! ..nə isə.. ayrıldıqdan sonra içində qəribə bir rahatlıq duyğusu yaranır..…


- Hava soyuqdur. Qulaqcıqlarını tax. Küçəyə çıx. Üşü. Gəz. Daha çox üşü. Daha çox gəz. Üşüdükcə gəz. Gəzdikcə , düşün.. Olmaq istədiyin insanı düşün. Olduğun insanı düşün. Sahib olduqlarını düşün. Sənin olmayanları düşün. Sevdiklərini, Sevmmədiklərini düşün. Qazandıqlarını , itirdiklərini düşün. Dediyin, deyilən yalanları düşün. Səni tərk edənləri, tərk etdiklərini düşün. Artıq xəyalını qurmadığın o həyatı düşün. Nə qədər asan unutduğunu düşün. Bir daha heçkimi sevməyəcəyini düşün. Saatlarla düşün amma heç bir şey düşünmədiyini anla. Evə qayıt. Aynaya bax. Sol gözün qızarıb. Demək ki, ağlamaq istəmisən hiss etmədən. Nə vaxt ağlamaq istəsən, sol gözün qızarar çünki. Aç isti suyu, gir altına.…


Havalar soyuqdur üşüyürəm mən.
Sənsizəm sevgilim,sənsizləmişəm.
Ürəyim sızlayır ağlayıram mən,
Sənsizəm sevgilim,sənsizləmişəm.


Baharsan, bölmüsən qış yuxusunu,
Sən gəldin, küləklər səsini kəsdi..
Çoxdan unutmuşam gül qoxusunu,
Sənin saçlarının qoxusu bəsdi..

Gözlərim səninlə güləcək mənim,
Bircə an olmasan darıxacağam..
Gülü olacaqsan sən ürəyimin,
Başına güllərdən tac taxacağam..
Sənin saçlarının qoxusu bəsdi

Birgə keçəcəyik sənlə nələri,
Gözlərin hər səhər mənə dəyəcək..
Saçına yağsa da qar dənələri
Əllərin əlimdə üşüməyəcək..
Sənin saçlarının qoxusu bəsdi


← iepriekšējā 1 2 3 4 5 6 7 nākamā
Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes