[usernames]'s blogs

JuJu
25, Sumgayit, Azerbaidzhan

09.11.2014

Zəng edim-etməyim, tərəddüddəyəm,
Ürəyim istəyir, qürur qoymayır.
Başımı qələmlə qatıram hər gün,
Yazıram, pozuram, vərəq doymayır…

Bəzən də rəsmini çəkirəm onun,
Qələmlə nazını çəkə bilmirəm.
O gözəl qaməti şux qalsın deyə,
Kağız parçasını bükə bilmirəm…

Sonra düşünürəm dəli sayağı,
Sanıram, o məni görür, eşidir.
Məni eşitməsin, görməsin deyə,
Gözü, qulağını pozuram bir-bir…

Bəlkə həqiqətən dəli olmuşam ?
Ağlımı başımdan alıb hisslərim.
Mən belə deyildim, ona deyin ki,
Məni, nə günlərə salıb hisslərim…



Suda üzən balıq olum,
Qızıl pulcuq pəri olum
Üzüb sahildə can olum,
Təki sənin yarın olum.

Bir budaqda yarpaq olum,
Payız olum xəzəl olum
Bir küləyə qurban olum,
Təki sənin yarın olum.

Bağında bağbanın olum,
Gül üstündə bülbül olum
Valla istə cəh-cəh vurum,
Təki sənin yarın olum.

Yolunda mən tozun olum,
Ayaq altda izin olum
Ay yar sənə qurban olum,
Təki sənin yarın olum.

Bir incinin daşı olum,
Üzüyünün qaşı olum
Barmağına qonaq olum,
Təki sənin yarın olum.

Göydə böyük bulud olum,
Çevrilim gur yağış olum
Yanağına mən toxunum,
Təki sənin yarın olum.

Könül mehmanın olum,
Hicran qovub vüsal oum
Elnurəyəm arzum sənin,
Təki sənin yarın olum.

ELNURƏ AĞAZADƏ



Bəzən avtobusda bir mahnı eşidərsən... Başını şüşəsinə söykəyər... Uzaqlara aparar xəyalların səni... Uzaq xatirələr, Uzaq yollar, Səndən uzaqda olan insanları xatırlayrsan... . Həmin anın bitməsini heç istəmərsən... Ama mahnı bitər, Və sən artıq düşməlisən avtobusdan... Evə gələrsən, Həmin mahnını axtararsan həyəcanla... Həmin hissləri yaşamaq keçər ağlından... Düşünmək istəyərsən, Bütün həyatını yenidən... Ama nə olur olsun yaşaya bilmərsən həmin hissləri... Bax Sevgidə elədi... Nə olur olsun geriyə qayıtmaz, əvəz etmək istədiklərin... Heç kim anlamaz Səni... Bəlkədə çox üstün olar yenisi, "Köhnəsindən" ama, Sən Onda bir səhv axtararsan mütləq, Ürəyində olana haqq vermək üçün.... Kiçik bir ürəyin hər tərəfini dolmuş hiss edərsən...Ama…


04.11.2014

Aşura günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə) əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar aiddir:

Bu gün Adəm əleyhissəlamın xəlq olunduğu gündür.
Bu gün İbrahim əleyhissəlamın anadan olduğu gündür.
Bu gün Adəm əleyhissəlamın tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür.
Bu gün Qiyamət günü baş verəcəkdir.
Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.




Bütün bunlar və digər buna bənzər qəribəliklər…


2014cü ili sona yetirib 2015ci ilə qədəmlərimizi atırıq artıq.


2014cu ilimiz hər birimizin həyatında müxtəlif xoş və pis, sevindiyimiz,kədərləndiyimiz, güldüyümüz və hətda ağladığımız günlərlə yadda qaldı.


Həyatımızın ən xoş günləri daim yaşadığımız növbəti günlərlə xarakterizə edilir və qarşımıza gələn yeni bir gün və yeni bir başlanğıc bizlərə yeni ümidlər və xoşbəxt gələcəyin təminatçısı olaraq həyatımızda yeni bir səhifə açır.



30.05.2015

Əlvida deməyə gəlməyir dilim
Səninlə on bir il kecən günlərim
Həyatda ən gözəl məktəb illərim
Mənə yadigardı,bu günüm SON ZƏNG

İlk atdım ilk gəliş düşür yadıma
Yazmışdım o vaxtdı adın partama ,
İndi isə yazıram məktəb adına
Mənə yadigardı,bu günüm SON ZƏNG

Öyrətdi nələri məktəb bizdərə
Təşəkkür edirəm müəllimlərə
Elimi bəxş etdi hər tələbəyə
Mənə yadigardı,bu günüm SON ZƏNG

Unutmam bu zəngi əsla heç zaman
Ömürdə əbədi qəlbimdə qalan
Seymurun ömründə daim calınan
Mənə yadigardı ,bu günüm SON ZƏNG


Məhərrəm ayına qədəm qoyduq! Ya Rəbbimiz bu mübarək Məhərrəm ayında bizi Sənə haqqı ilə ibadət və itaət etməyi nəsib et! AMİN ! Bilmədiklərimizi bizə öyrət! AMİN ! Günahlarımızı və xətalarımızı bağışla! AMİN ! Bizi borcdan qurtar! AMİN! Aqibətimizi xeyirli et! AMİN ! Xəstəliklərimizə şəfa ver! AMİN ! Heç bir evi körpəsiz qoyma! AMİN ! Heç kim öz azad həyatından məhrum olmasın! AMİN ! Bilmədiyimiz və dərk etmədiyimiz bütün xeyirlərə bizi qovuşdur! AMİN ! Bilmədiyimiz və dərk etmədiyimiz bütün şərlərdən bizi qoru! AMİN !..



Bəlkədə də internetdə çoxumuz oxumuşuq. Məsələn mən daha yeni qarşılaşdım Aytac Babayeva , oğlana hə deməyib deyə qızı vəhşicəsinə öldürmüşdü. İndi mən sizə öz təxminimə görə yazım nolcaq uzağı oğlan 10 il yatıb çıxacaq, hələ üstünə ailə də quracaq , övladlarıda olar Bir müddət xoşbəxt olar idni digər tərəfə qızın ailəsinə baxaq. Ana qalıb gözüyaşlı Ata hıçqıra-hıçqıra aglamağa çalışır ama güclü görsənməlidi dik durmalıdı. Yoxluğna alışa bilmirlər övladının hə az öcə nə demişdim həmin oğlan bir müddət xoşbəxt olacaq Bir müddət bir müddət. Niyə mi? Çünki Rəbbim hər şeyi görürü . Hər pis əməlin bir cəzası olur…
Məsələn , Hamımız özümüzü…



Bir birimizi elə sevmişdik ki Nə Leyla Məcnunu belə sevmişdi,nədəki Məcnun Leylanı,Baxışlar ürəyi titrədir və bir başqa aləmə salarmış həqiqətəndə düzdür.Bu aləmdə yaşamaq var ölümsüz yaşamaq,,Çoxu deyir nağıllara inanmıram mən Amma O, mənim nağılım oldu və bir ömür yaşadım baxışlarında...Bir Birimizi elə sevmişdik ki , Hər gözümü yumanda yalnız və yalnız o gəlirdi gözlərimin önünə,onu düşünürdüm onu anırdım ,Vəd verib ved alıb onla qalırdım , Bu Yazılmamış bir əsərin misrası tək düzülürdü sətirlərə Deyirdim ki keşkə gələ ....Coxdu sözüm yazmıyacam hec bir yerəCoşacağam daşacağam qarışacam axar seləDeməyəcəm hec birkəsə düşməyəcəm sözə diləQoy bu sevgi punhan olsunYazılmamış əsər olsun




12.12.2014

Yırttım attım geçmişi takvimi,
Utandım aynada görüp kendimi,
Ağladım yaktım resimleri,
Gitti bi cumartesi.

Çıkardım hayattan acısını,
Anladım sevgidir bir gün biter
Unutmadım ayrılık anısını,
Gönül kudurup tekrar eder

Bölündü duygularım
Kolay olmadı ayrılığın ertesi,
Ummadığım anda soluma vurdu
Gitti bi cumartesi

Tutmadı dualarım kabul olmadı
Şaka gibi kendisi
En zoru da yeni birini buldu
Çok acelesi var gibi


Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes