Zəng edim-etməyim, tərəddüddəyəm,
Ürəyim istəyir, qürur qoymayır.
Başımı qələmlə qatıram hər gün,
Yazıram, pozuram, vərəq doymayır…
Bəzən də rəsmini çəkirəm onun,
Qələmlə nazını çəkə bilmirəm.
O gözəl qaməti şux qalsın deyə,
Kağız parçasını bükə bilmirəm…
Sonra düşünürəm dəli sayağı,
Sanıram, o məni görür, eşidir.
Məni eşitməsin, görməsin deyə,
Gözü, qulağını pozuram bir-bir…
Bəlkə həqiqətən dəli olmuşam ?
Ağlımı başımdan alıb hisslərim.
Mən belə deyildim, ona deyin ki,
Məni, nə günlərə salıb hisslərim…
Suda üzən balıq olum,
Qızıl pulcuq pəri olum
Üzüb sahildə can olum,
Təki sənin yarın olum.
Bir budaqda yarpaq olum,
Payız olum xəzəl olum
Bir küləyə qurban olum,
Təki sənin yarın olum.
Bağında bağbanın olum,
Gül üstündə bülbül olum
Valla istə cəh-cəh vurum,
Təki sənin yarın olum.
Yolunda mən tozun olum,
Ayaq altda izin olum
Ay yar sənə qurban olum,
Təki sənin yarın olum.
Bir incinin daşı olum,
Üzüyünün qaşı olum
Barmağına qonaq olum,
Təki sənin yarın olum.
Göydə böyük bulud olum,
Çevrilim gur yağış olum
Yanağına mən toxunum,
Təki sənin yarın olum.
Könül mehmanın olum,
Hicran qovub vüsal oum
Elnurəyəm arzum sənin,
Təki sənin yarın olum.
ELNURƏ AĞAZADƏ
Bəzən avtobusda bir mahnı eşidərsən... Başını şüşəsinə söykəyər... Uzaqlara aparar xəyalların səni... Uzaq xatirələr, Uzaq yollar, Səndən uzaqda olan insanları xatırlayrsan... . Həmin anın bitməsini heç istəmərsən... Ama mahnı bitər, Və sən artıq düşməlisən avtobusdan... Evə gələrsən, Həmin mahnını axtararsan həyəcanla... Həmin hissləri yaşamaq keçər ağlından... Düşünmək istəyərsən, Bütün həyatını yenidən... Ama nə olur olsun yaşaya bilmərsən həmin hissləri... Bax Sevgidə elədi... Nə olur olsun geriyə qayıtmaz, əvəz etmək istədiklərin... Heç kim anlamaz Səni... Bəlkədə çox üstün olar yenisi, "Köhnəsindən" ama, Sən Onda bir səhv axtararsan mütləq, Ürəyində olana haqq vermək üçün.... Kiçik bir ürəyin hər tərəfini dolmuş hiss edərsən...Ama…
Aşura günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə) əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar aiddir:
Bu gün Adəm əleyhissəlamın xəlq olunduğu gündür.
Bu gün İbrahim əleyhissəlamın anadan olduğu gündür.
Bu gün Adəm əleyhissəlamın tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür.
Bu gün Qiyamət günü baş verəcəkdir.
Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.
Bütün bunlar və digər buna bənzər qəribəliklər…
2014cü ili sona yetirib 2015ci ilə qədəmlərimizi atırıq artıq.
2014cu ilimiz hər birimizin həyatında müxtəlif xoş və pis, sevindiyimiz,kədərləndiyimiz, güldüyümüz və hətda ağladığımız günlərlə yadda qaldı.
Həyatımızın ən xoş günləri daim yaşadığımız növbəti günlərlə xarakterizə edilir və qarşımıza gələn yeni bir gün və yeni bir başlanğıc bizlərə yeni ümidlər və xoşbəxt gələcəyin təminatçısı olaraq həyatımızda yeni bir səhifə açır.
Məhərrəm ayına qədəm qoyduq! Ya Rəbbimiz bu mübarək Məhərrəm ayında bizi Sənə haqqı ilə ibadət və itaət etməyi nəsib et! AMİN ! Bilmədiklərimizi bizə öyrət! AMİN ! Günahlarımızı və xətalarımızı bağışla! AMİN ! Bizi borcdan qurtar! AMİN! Aqibətimizi xeyirli et! AMİN ! Xəstəliklərimizə şəfa ver! AMİN ! Heç bir evi körpəsiz qoyma! AMİN ! Heç kim öz azad həyatından məhrum olmasın! AMİN ! Bilmədiyimiz və dərk etmədiyimiz bütün xeyirlərə bizi qovuşdur! AMİN ! Bilmədiyimiz və dərk etmədiyimiz bütün şərlərdən bizi qoru! AMİN !..
Yırttım attım geçmişi takvimi,
Utandım aynada görüp kendimi,
Ağladım yaktım resimleri,
Gitti bi cumartesi.
Çıkardım hayattan acısını,
Anladım sevgidir bir gün biter
Unutmadım ayrılık anısını,
Gönül kudurup tekrar eder
Bölündü duygularım
Kolay olmadı ayrılığın ertesi,
Ummadığım anda soluma vurdu
Gitti bi cumartesi
Tutmadı dualarım kabul olmadı
Şaka gibi kendisi
En zoru da yeni birini buldu
Çok acelesi var gibi