18.03.2015
İnanma Mənə
25, Sumgayit, Azerbaidzhan

İnanma Mənə

Mən biraz əsəbi,biraz dəlisov,
Desəm ki,sevmirəm,inanma mənə.
Gəl dəli şeytanı ürəyindən qov,
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Gözlərin dərindir göylərdən belə,
Qoymaram o gözdən gələ bir gilə,
Allah bu kəlməni dilimdən silə,
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Baxdım kirpiyində olan düzümə,
Bir çəpər çəkilib sanki gözünə,
Özüm inanmaram inan özümə,
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Küləklər sözümü dilimdən alsın,
Sovursun göylərə bir çarə qılsın,
Indidən deyirəm xəbərin olsun,
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Olsam da axırın,olsam da ilkin.
Mənim tərsliyimdən biraz qorx,çəkin!
Mənə inanmağın gözəldir,lakin...
Desəm ki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Hər nəyə baxıram,səni əks edir,
Dilim bütün günü səndən bəhs edir,
Eşqin ürəyimlə sanki rəqs edir,
Desəmki,sevmirəm,inanma mənə.

İnanma Mənə

Diqqətlə bax mənə,həmin Xəlildir,
Sadəcə dəyişən bir neçə ildir,
Titrəyən əllərim buna dəlildir,
Desəm ki,sevmirəm,inanma mənə...

İnanma Mənə

44 skatījumu
 
komentāri
adddadad 09.12.2016

ne gozeldi

Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes