[usernames]'s blogs

pallet84
39, Baku, Azerbaidzhan

Ozum ozumden,

Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men;
Seni dushunmeyim seni anmayim!….

Bu ele qaygiki,bu ele qem ki,
Azdirar yuz illik yolundan seni,
Seher de, axsham da duhsunurem ki,
Gerek dushunmeyim hehc zaman seni.

Unudar fikirde,xeyalda tekce
Unutmaz urekde seven-seveni.
Men ozum-ozume unut dedikce,
Ozumu unudub tapiram seni….

<>-deyirem,ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada!
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada


Yaman darıxmısam səninçün,yaman!

Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!

~~~~~~~~~~~~~~~~~~

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı…

~~~~~~~~~~~~~~~~~~

Yaman darıxmışam…Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

~~~~~~~~~~~~~~~~~~

Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım…

~~~~~~~~~~~~~~~~~~

Yuxuma gəlmişdin…Qısıldıq küncə
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm…


Sevgi , Eşq bilirsiz nədir ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Yuxunun ən şirin vaxtı isti yorğandan qalxib , soyuq suyla DəstNamaz alib , ALLAH`ın huzurunda durmaqdır =>>> ALLAH Namazınızı qəbul etsin . Amin


Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət,
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.

Bilmirəm gözlərin necədir senin ?
Saçların bir zulmət gecədir sənin,
Bilmirəm yaşını neçədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.

Çətin yollar keçdim, yaman yoruldum,
Sevgi bulağından içdim, duruldum,
Mən səni görmədim, səne vuruldum,
Nə yaxşı sən varsan, sevirəm səni.

Sən hardan gəlirsən, yolun haradır ?
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə taleyimtək saçın qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.

Bircə yol üzünə görməsəm də mən,
Yolunda bircə gül dərməsəm də mən,
Könül açıb, könül verməsəm də mən,
Nə yaxşı sən varsan, sevirəm səni.

Dünya dağılmazki sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan,
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan,…


Bir xanım üçün Ən Xeyirli Yer - Evinin İçidir.
Ən Müqəddəs Vəzifə - Analıqdir.
Ən təhlükəsiz Yer - Yuvasıdır.
Ən Gözəl Dostu - Allah üçün Yaşayan Əridir.
Ən Xeyirli məşğuliyyəti - İbadətidir.
Ən Dinc Anı - Övladlarının sevincinin seyridir.
Ən Gözəl zinəti - Ədəbidir.


Dinc durmayır dilim yene,
Çünki demek borcdu mene,
Bir sualım vardı sene:
Günlerin gedir güdaza,
Ne vaxt gelirsen Namaza?
Nezer eyle bir Qur'ana,
Emr olunub her insana,
Yene uyub o şeytana,
Deme qaldı gelen yaza.
Ne vaxt gelirsen Namaza?
Soymaqdansa bu milleti,
Düşün bir az axireti,
Besdir yığdın var-dövleti,
Versene nezir-niyaza.
Ne vaxt gelirsen Namaza?
Heyvanlar edir ibadet,
Boğur meni bu xecalet,
Xoruzda da var keramet.
Qulaq as ondakı avaza,
O da çagırır Namaza.
Ne vaxt gelirsen Namaza?


Niyə bikefsən?
Hz. Adəm kimi cənnətdənmi uzaqlaşdın?
Niyə bikefsən??
Hz. İbrahim kimi oda atıldın? Niyə kefin yoxdur??
Hz. Zəkəriyya kimi mişarla kəsildin?
Niyə bikefsən???
Hz. Yusif kimi quyuyamı atıldın?
Niyə bikefsən???
Hz Muhamməd sallahu aleyhi ve sellem kimi Taif'də daşlandınmı, belinə içalatmı qoyuldu namaz qılanda, dişinmi qırıldı, hicrətəmi çətinlik çəkdin, sevdiklərindənmi ayrıldın?
Niyə bikefsən???
Hz. Həmzə kimi burnun, qulağınmı kəsildi?
Niyə bikefsən???
Hz. Abbas kimi qollarınmı kəsildi?
Niyə bikefsən???
İmam Huseyn kimi ox, nizə və qılınc zərbələri ilə yaralandınmı?
Niyə bikefsən???
Emmar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?
Niyə bikefsən???
Bilal-ı Həbəşi kimi qızmar qumlara yatırılıb, üzərinə daşlarmı qoyuldu?
Niyə bikefsən???
Yunus peyğəmbər kimi dənizəmi atıldın?
Niyə bikefsən???
Eyyub peyğəmbər kimi…


Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsa əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək,gəlməyəm, köçəri quşam,
Uzağam, soyuğam, dərdəm, fəryadam.
Əgər olsa, olsa, qonaq eləyər
Rəhm edib gözümün məhzunluğuna.
Mənsə səhər durub gizli qaçaram,
Utanıb, əlvida demərəm ona!


Heyif o gözlərə o baxışlara
Özgə birisinə baxacaq həmən
Heyif o ilahi qövsi qaşlara
Sinacaq kədərli düşüncələrdən

Heyif o alovlu ötən çağlara
Uçan yad budağa tez qonacaqdır
Heyif gülə bənzər o dodaqlara
Özgə bir dodağa toxunacaqdır

Gülüm heyif sənə yazıqlar mənə
Qoruya bilmədim məhəbbətimi
Özüm bilə-bilə verirəm yenə
Özgə birisinə səadətimi


...Qadın ürəyi...

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi..!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi...

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi...

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi...

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi...

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi...

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın…


Blogs
Blogi tiek atjaunināti katras 5 minūtes